“İQNA”-nın “əl-Aləm” kanalına istinadən verdiyi xəbərə görə, ilahi dinlərin bir sıra rəhbərləri və ardıcılları, müstəqil mütəfəkkirlər və dünyanın azad insanları birgə təşəbbüslə çıxış edərək müasir cəmiyyətlərin idarə olunmasında əxlaqi və sivilizasiya nümunələrinə diqqətin zəruriliyini vurğulayıblar. Bu qrup, dünyadakı fikri və ictimai dəyişikliklərdə təsirli şəxsiyyətlərin roluna işarə edərək, dinlər və xalqlar arasında dialoq yönümlü baxışın gücləndirilməsinə və beynəlxalq aləmdə qarşılıqlı anlaşmanın genişlənməsinə çalışdıqlarını bildirib.
Dünyanın din ardıcılları və azad insanlarının İran İslam Cümhuriyyətinin Rəhbərliyi barədə birgə bəyanatı belədir:
Biz – müxtəlif millət və mədəniyyətlərdən olan ilahi dinlərin ardıcılları, müstəqil mütəfəkkirlər və dünyanın azad insanları – fikrimizi, təsiri dini və siyasi sərhədlərin fövqünə keçən, müasir dünyanın fikri və əxlaqi proseslərində rolu diqqətəlayiq olan bir şəxsiyyət haqqında bəyan etməyi zəruri bildik.
İran İslam Cümhuriyyətinin Rəhbəri Həzrət Ayətullah Seyyid Əli Xamenei, siyasətçiliyin, ikili standartların və hegemonluq meyllərinin hökm sürdüyü bir dünyada hələ də insan ləyaqəti, xalqların müstəqilliyi, ədalət və zülmə qarşı müqavimət kimi prinsiplərdə israr edən liderlərdəndir. Diqqətimizi cəlb edən məqam, onun dini mənsubiyyəti deyil; əksinə, əxlaqi prinsiplərə davamlı bağlılığı, qərarvermədə cəsarəti və bəşəriyyətin gələcəyinə sivilizasiya yönümlü baxışıdır.
Elə bir dövrdə ki, dünyanın bir çox liderləri güc və sərvət qarşısında ya aciz qalır, ya da güzəştə gedirlər, o, xalqların öz taleyini müəyyən etmək haqqını müdafiə edən bir səsin təmsilçisidir və bunun bədəlini bilə-bilə bu yolu davam etdirir. Bu xüsusiyyət, İranın düşüncə və siyasi sisteminə mənsub olmayanlar üçün belə hörmətə və düşünməyə layiqdir.
Biz inanırıq ki, müasir dünya hər zamankından daha çox, kimlikdən qaynaqlanan, müstəqil düşüncəyə və əxlaqi öhdəliyə sahib liderlərə ehtiyac duyur. Bu baxımdan Ayətullah Xameneinin ədalətsizlik və hegemonluğa qarşı müqavimət diskursunu gücləndirməsi, müasir dünyanın fikri müstəvisində mühüm bir hadisə sayılır.
Bu bəyanat, insan prinsiplərinə və tarixi məsuliyyətə əsaslanan bir liderlik modelinə hörmətimizin ifadəsidir; dini və siyasi sərhədlərin fövqünə keçən, qlobal səviyyədə diqqətə, dialoqa və ədalətli araşdırmaya layiq bir modelə.
1. Aleksandr Qleyeviç Duqin — siyasi mütəfəkkir, Avrasiya Partiyasının lideri və qurucusu (Rusiya)
2. Yepiskop Georgi Matrosov — Rusiya Pravoslav Kilsəsinin İslam Dünyası ilə Əlaqələr Şöbəsinin rəhbəri (Rusiya)
3. Yepiskop Suracay Vutiyodomlert — Assemblies of God icmasının rəhbəri (Tailand)
4. Keşiş Emanuel Nəhmia — CSI-KCD kilsəsinin presbiteri, vətəndaş hüquqları və Fələstin hüquqları üzrə fəal (Hindistan)
5. Keşiş Emanuel Sube — keşiş və xristian təbliğatçısı (Pakistan)
6. Ata Devid Smit — anqlikan keşişi, sosial ədalət və dinlərarası dialoq fəalı (Avstraliya)
7. Ata Jozef Ate Fukolore — keşiş və xristian fəalı (Keniya)
8. Sister Bupe Çilşe — rahibə və xristian fəalı (Zambiya)
9. Con Dayal — xristian yazıçı və jurnalist, Hindistan Milli Həmrəylik Şurasının keçmiş üzvü (Hindistan)
10. Sergey Baburin — xristian siyasətçi, Rusiya Dövlət Dumasının keçmiş deputatı (Rusiya)
11. Tușar Qandi — yazıçı və sülh fəalı, Mahatma Qandinin nəvəsi (Hindistan)
12. Xavyer Fermin — azadlıq və ədalət tərəfdarı fəal (İspaniya)
13. Dr. Məryəm Abudəqqə — Fələstin Xalq Azadlıq Cəbhəsinin lideri, azad olunmuş əsir və ictimai fəal (Fələstin)
14. Professor Con Trimbl — Afrika Xalqlarının İnqilabi Partiyasının sədri (Cənubi Afrika)
15. Dr. Malusi Menkobe — tədqiqatçı, Yohannesburq Universiteti (Cənubi Afrika)
16. Entoni Şaker — MakGill Universitetinin ustadı (Kanada)
17. Maribel Prita (Amberli) — Bolivar Universitetinin müəllim heyətinin üzvü (Venesuela)
18. Dr. Alberto Vitor — universitet müəllimi və tədqiqatçı (Argentina)
19. Elias əl-Haşəm — xristian universitet ustadı (Livan)
20. Navin Çandra Cəha — xristian universitet ustadı (Hindistan)
21. Nabil əl-Türk — xristian mütəfəkkir (Niderland)
22. Dr. Mişel Qəddi — yazıçı və xristian mütəfəkkir (Livan)
23. Culiano Arisbro de Olivyeira — beynəlxalq xristian fəalı (Braziliya)
24. Markus Tenorio — xristian fəalı, IbrasPal İnstitutunun sədr müavini (Braziliya)
25. İnyaki Kasado — xristian fəal (İspaniya)
26. Violet Dağər — xristian fəal, Ərəb İnsan Haqları Komitəsinin sədri (Fransa)
27. Citizens International — beynəlxalq təşkilat (Malayziya)
28. SEJAGAT — beynəlxalq təşkilat (Malayziya)
29. Humanitarian in Action International — beynəlxalq təşkilat (Malayziya)
30. Center for Peace Action and Development — Sülh üçün Fəaliyyət və İnkişaf Mərkəzi (Malayziya)
31. Global Coalition in Support of Baitul Maqdis and Palestine — Qüds və Fələstinə Dəstək üzrə Qlobal Koalisiya (Malayziya)
32. Oleq Fomin — RUSSAR xeyriyyə institutunun rəhbəri (Rusiya)
33. Rancan Solomon — xristian yazıçı və jurnalist (Hindistan)
34. Abbas Cuma — xristian jurnalist və siyasi analitik (Rusiya)
35. Maksim Şevçenko — jurnalist, siyasi fiqur və hüquq müdafiəçisi (Rusiya)
36. Roni Alfa — yazıçı və jurnalist (Livan)
37. Sərkis əş-Şeyxa əd-Düveyhi — xristian şair və media fəalı (Livan)
38. Hilane Atallah — xristian yazıçı və media fəalı (Suriya)
39. Məhəmməd Can — xristian mədəniyyət fəalı (Hindistan)
40. Rizvan — xristian mühəndis (Hindistan)
41. Sadiq Xan — xristian mütəfəkkir (Hindistan)
42. Mehdi — xristian mütəfəkkir (Hindistan)
43. Məhəmməd Tariyc — xristian dilçi (Hindistan)
44. Adil Xan — xristian mütəfəkkir (Hindistan)
45. Mehdi Baqir Xan — fəal və tələbə (Hindistan)
46. Yaşfi Sadiqə Zeydi — fəal və tələbə (Hindistan)
4332336