“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, bu aksiya “Fələstin üçün Fəaliyyət Qrupu”nun çağırışı ilə təşkil olunub. İştirakçılar Fələstinli mülki şəxslərin hədəfə alınmasının davam etməsini qınayıb və humanitar yardımın Qəzzaya daxil olmasının qarşısının alınmasının davam etməsi ilə bağlı xəbərdarlıq ediblər.
Məlumatlara əsasən, atəşkəs razılaşması çərçivəsində ötən ilin 10 oktyabrından bəri Qəzzaya daxil olan məhdud humanitar yardım nə aclığın qarşısını ala bilib, nə də onun fəsadlarını aradan qaldıra bilib. Bu isə bölgədə iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsi ilə eyni vaxtda baş verərək, bir çox sakinlərin ərzaq almaq imkanını əlindən alıb.
Təşkilatçılar bildiriblər ki, bu aksiya Həmas hərəkatının Qəzzadakı müharibənin davam etməsinə etiraz olaraq dünyanın müxtəlif ölkələrində həftəlik yürüşlər keçirilməsi ilə bağlı çağırışına cavab olaraq təşkil olunub.
İştirakçılar Fələstin bayraqları və Qəzza xalqına dəstək şüarları yazılmış plakatlar daşıyaraq, müqavimətə dəstək və fələstinlilərlə həmrəylik şüarları səsləndiriblər və hücumların dayandırılmasını, mühasirənin sona çatdırılmasını tələb ediblər.
4332791