IQNA

HƏMAS: Sionizm Fələstindən kənara da göz dikib

10:42 - February 25, 2026
Xəbər sayı: 3499819
İQNA – Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) ABŞ‑ın işğal olunmuş Fələstindəki səfiri Mayk Hakabinin sionist işğalçıların “Tövrata əsaslanan” əsassız iddiaları və Yaxın Şərq üzərində hegemonluq və ekspansiya xülyalarına tam dəstək verən açıqlamalarını pisləyərək bildirib ki, sionizm Fələstindən daha geniş ərazilərə göz dikib.

“İQNA”‑nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, HƏMAS‑ın bəyanatında deyilir: “Bu açıqlamalar sionizm hərəkatının qurulduğu müstəmləkəçi düşüncənin açıq təcəssümüdür və ABŞ‑ın Fələstin torpaqlarının ilhaqı və hegemonluq layihələrinə göstərdiyi aşkar tərəfkeşliyi üzə çıxarır. Bu isə beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulması, region ölkələrinin suverenliyinə və xalqların hüquqlarına hörmətsizlikdir.”

Hərəkat vurğulayıb ki, ABŞ səfirinin sionist rejimin ərazi və coğrafi genişlənməsinə, “Nil çayından Fərata qədər” ərəb və islam torpaqlarının işğalına dəstək verməsi ərəb və islam milli təhlükəsizliyi üçün birbaşa təhdiddir və göstərir ki, sionizm layihəsi təkcə Fələstini deyil, bütün regionun coğrafiyasını, kimliyini və sabitliyini hədəfə alır.

HƏMAS əlavə edib ki, “Fələstin xalqı milli və dəyişməz hüquqlarına – torpaq və müqəddəs məkanlar üzərində mülkiyyət hüququna və öz müqəddəratını təyinetmə haqqına sadiqliyini davam etdirəcək”. Hərəkat bildirib ki, bu kimi açıqlamalar işğalçılara heç vaxt legitimlik qazandırmayacaq və işğalın batil olduğunu və onun qaçılmaz şəkildə sona çatacağını təsdiqləyən tarixi və hüquqi həqiqətləri dəyişməyəcək.

Sonda HƏMAS ərəb və islam ölkələrinin liderlərini təkcə pisləməklə kifayətlənməyən qəti mövqelər ortaya qoymağa, işğalçıların təcrid olunması və onların torpaq və müqəddəs məkanları hədəf alan planlarına qarşı mübarizə aparmaq üçün addımlar atmağa çağırıb.

4336070 

Teqlər: həmas ، sionizm ، fələstin ، tövrat ، amerika
captcha