IQNA

Şəhadətin möminlərin qəlblərini titrətdi, amma cihad iradəsini daha da möhkəmlətdi

14:07 - March 05, 2026
Xəbər sayı: 3499862
İQNA – Ayətullah Şeyx İsa Qasim İmam Xameneinin şəhadəti ilə bağlı yazdığı mesajında o Həzrəti şücaətli rəhbər, məharətli fəqih və istikbar qarşısında mökhəm bir qala kimi təsvir edərək vurğuladı: “Baxmayaraq ki, şəhadətin möminlərin qəlblərini titrətdi, amma cihad və müqavimət yolunu davam etdirmək üçün İslam ümmətinin iradəsini daha da möhkəmlədəcək”.

“İQNA”, “Əl-Əhd” xəbər portalına istinadən xəbər verir ki, Ayətullah Şeyx İsa Qasim İmam Xameneinin şəhadəti ilə bağlı yazdığı mesajında o Həzrəti şücaətli rəhbər, məharətli fəqih və istikbar qarşısında mökhəm bir qala kimi təsvir edərək vurğuladı: “Baxmayaraq ki, şəhadətin möminlərin qəlblərini titrətdi, amma cihad və müqavimət yolunu davam etdirmək üçün İslam ümmətinin iradəsini daha da möhkəmlədəcək”.

O, bu cinayəti törədənlərə işarə edərək dedi: Amerika və İsrailin çirkin əli səni terror etdi. Bunun davamında onlar digər böyük rəhbərlərdən bəzilərini də şəhid etdi.

Şeyx Qasim vurğuladı ki, Allah diri və əbədidir.  Onun dostlarına kömək və dininin qələbə çalması ilə bağlı verdiyi vədəsi həyata keçəcəkdir. Allahın qüdrəti məğlubedilməzdir.

Şeyx İsa vurğulayıb ki, fəqihlərin verdiyi cihad fətvası təsirlidir və mömin ümmət bu fətvaya əməl edəcəklər.

4337780

captcha