İQNA-nın məlumatına görə, Nücəba Hərəkatının baş katibi Şeyx Əkrəm əl-Kəbi sosial şəbəkə “X”dəki hesabında yazdı: “Şükürlər olsun Allaha ki, amerikalıların şərli planları puça çıxdıqdan və onların qüvvələri ağır məğlubiyyətə uğradıqdan sonra, Allah onları mediada açıq-aşkar yalanları ilə rüsvay etdi.”
O əlavə etdi: “Amerikalılar açıq yalanlarla öz məğlubiyyətlərini ört-basdır etməyə çalışırlar. Onların ‘qələbələr’ barədə səfeh sözləri isə o vaxt səslənir ki, hər gün onlarla uşaq onların əli ilə öldürülür.”
Əl-Kəbi daha sonra media nümayəndələrinə müraciət edərək bildirdi ki, “şər dolu yalançıların və sülh düşmənlərinin hiylələrinə aldanmasınlar” və ərəb və Qərb mediası tərəfindən senzura edilən “haqq cəbhəsinin qələbələrini” işıqlandırmağa davam etsinlər.
O, İraqda İslami Müqavimətin mövcudluğunu qanuni bir haqq, həm də dini, əxlaqi və milli bir vəzifə adlandırdı və dedi: “Ölkəmiz işğal altındadır; səmasını ABŞ-ın hərbi təyyarələri və casus PUA-ları nəzarətdə saxlayır, düşmən hərbi qüvvələri — o cümlədən Mossadın gizli dəstələri — torpaqlarımızı işğal edib, iqtisadi və neft sərvətlərimiz talan olunur. İş o yerə çatıb ki, Tramp kimi bir manyak cinayətkar ölkəmizin hakimiyyət başçılarını təyin etməyə müdaxilə edir.”
Sonda o əlavə etdi: “Biz ABŞ-a meyilli olan alçaqlara tövsiyə edirik ki, düşmənin razılığını qazanmaq üçün yaltaqlıqdan əl çəksinlər; çünki o, bəzi ayrılıqçı kürd qruplarında olduğu kimi, sizi də yalnız öz tamahkar məqsədləri üçün odun kimi istifadə edib sonra kənara atacaq.”
4339028