Qurani-Kərim Ali-İmran surəsinin 140–141-ci ayələrində, Ühüd döyüşü hadisələrinə işarə edərək, prosesual bir baxış təqdim edir. Bu baxış təkcə hadisənin kəsik analizindən ibarət deyil, əksinə, bir dünya təsnifatı ortaya qoyur və dörd mərhələli bir prosesi açıqlayır:
1. Möminlə kafirin ayrılması və cəbhələşməsi
2. Nümunəvi şəxslərin ortaya çıxması və hidayət bayraqlarının ucaldılması
3. Möminlərin daxili təmizlənməsi və saflaşdırılması (təmhis)
4. Kafirlərin tədrici məhvi
Bu mərhələlər eyni zamanda baş verir; yəni bir qrup “və Li yələmə-llahulləzinə amənu” mərhələsindən keçərkən, başqa bir qrup “və yəttəxizə minkum şühəda”nın nümunəsinə çevrilir. Möminlər daxili saflaşma və təmizlənmə mərhələsində “və Li yuməhhisəllahulləzinə amənu” olarkən, kafirlər “və Yəmhəqəl-kafirin” hökmünə məruz qalırlar.
Kafirlərin tədrici məhvi ilə möminlərin təmizlənməsi arasında da əlaqə vardır və iman dərəcəsi yüksəldikcə, küfrün dərəcəsi də artır; yəni daha yüksək səviyyəli küfr, daha saf və daha pak möminlərin əməli nəticəsində ortaya çıxır. Başqa sözlə, möminlər kafirlərlə imtahana çəkildilər və onların inkişafı nəticəsində kafirlər möminlərlə imtahana çəkilir. Daha yüksək bir mərhələ və yeni bir küfr forması meydana çıxır. Necə ki, şeytan Həzrət Adəmlə imtahana çəkildi və ən aşağı dərəcəyə – əsfəli-safilinə – düşdü.
Əllamə Təbatəbainin ifadəsinə görə, kafirlərin məhvi Ühüd döyüşündən başladı və Məkkənin fəthi ilə nəticəyə çatdı. Necə ki, təmhis tədricidir, məhvetmə də tədricidir. İsrail uzun illər küfr və insan öldürmə tarixinə malik idi, lakin soyqırım, uşaq qətli, bir milləti aclıq və susuzluğa məhkum etməklə küfrün ən pis dərəcəsinə çatdı. Tramp da əvvəllər şəhid Süleymaninin terroruna göstəriş vermişdi, sonradan isə inqilabın şəhid rəhbərini və İslamın böyük komandirlərini şəhid etdi; buna görə də onların tədrici məhvinin sonu qəti və çox yaxınlaşmışdır.