IQNA

İran və Livan xalqına dəstək üçün Həzrət Abbas (ə) hərəminin kampaniyaya start verməsi

0:14 - March 26, 2026
Xəbər sayı: 3500010
İQNA – Müqəddəs Həzrət Abbas (ə) hərəmi elan edib ki, şənbə axşamından etibarən İran və Livan xalqlarına dəstək məqsədilə xalq ianələrinin toplanması kampaniyasına başlayıb.

“İQNA”-nın “əl-Fərat” agentliyinə istinadən verdiyi xəbərə görə, Müqəddəs Həzrət Abbas (ə) hərəminin bəyanatında bildirib: Ali dini rəhbərliyin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Seyid Əhməd əs-Safinin göstərişi ilə İran və Livan xalqlarına dəstək üçün xalq yardımlarının toplanması kampaniyasına başladığımızı elan edirik. Bu addım bölgədəki son hadisələr fonunda atılır.

Bəyanatda daha sonra qeyd olunur ki, Həzrət Abbas (ə) hərəminin səyləri ali dini rəhbərliyin göstərişlərinə əsaslanır və insanı həmrəylik dəyərlərini gücləndirmək, İslam xalqları arasında yardımlaşma ruhunu genişləndirmək məqsədi daşıyır.

Ali dini rəhbərlik də şənbə günü Kərbəlada keçirilən Fitr bayramı namazının xütbəsində möminləri bu çətin şəraitdə, böhranın dərinləşməsi və zərərçəkmişlərin, didərginlərin ehtiyaclarının artması fonunda, zərər görən insanlara yardım etməyə çağırıb. Həmçinin İran və Livanda zərərçəkənlərin əzablarını azaltmaq üçün şəri vəsaitlərdən istifadə olunmasına icazə verildiyi bildirilib.

4342354  

Teqlər: həzrət abbas ، iran ، livan ، dəstək ، xalq
captcha