IQNA

Sionizmə qarşı mübarizənin Qurandakı təhlili /14

Allahın vəlisinin zühuru ağır bir vəsiqə tələb edir

10:08 - March 28, 2026
Xəbər sayı: 3500016
İQNA – Necə ki, Həzrət Yəqub (ə) Binyamini göndərmək üçün oğullarından Allahdan möhkəm bir əhd gətirmələrini şərt qoymuşdu, eləcə də ilahi vəlinin – xilas edicinin zühuru ümmətin ağır və ciddi bir vəsiqə təqdim etməsini tələb edir.

 

Həzrət Yəqubun (ə) oğulları atalarına belə demişdilər: 

«قَالُوا يَا أَبَانَا مَا لَكَ لَا تَأْمَنَّا عَلَى يُوسُفَ وَإِنَّا لَهُ لَنَاصِحُونَ» (Yusuf: 11) 

– “Ey atamız, nə üçün Yusifi bizə etibar etmirsən? Biz onun üçün xeyirxahıq.”

Lakin onlar əmanətdə xəyanət etdilər. Buna görə də Binyamini istəyəndə Həzrət Yəqub (ə) buyurdu: 

«قَالَ هَلْ آمَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَا أَمِنْتُكُمْ عَلَى أَخِيهِ مِنْ قَبْلُ» (Yusuf: 64) 

– “Yəqub) dedi: “Onun barəsində sizə əvvəllər qardaşı barəsində etdiyimdən başqa cür etibar edə bilərəmmi?”

Bu ilahi sünnə Allahın bütün övliyaları barəsində keçərlidir. Biz Allahdan vəd olunmuş xilas edicinin (ə.f) zühurunu istəyərkən, bu sual ortaya çıxır: Biz əvvəlki övliyalara, o cümlədən İmam Hüseynə (ə), necə yardım etdik? Onlara qarşı vəzifəmizi necə yerinə yetirdik?

Həzrət Yəqub (ə) Binyamini göndərmək üçün belə şərt qoydu: 

«قَالَ لَنْ أُرْسِلَهُ مَعَكُمْ حَتَّى تُؤْتُونِ مَوْثِقًا مِنَ اللَّهِ لَتَأْتُنَّنِي بِهِ» (Yusuf: 66) 

– “Siz Allahdan möhkəm bir əhd-peyman verməyincə, onu sizinlə göndərməyəcəyəm.”

Bu gün İslam ümməti xilas edicinin (ə.f) zühurunu gözləyirsə, artıq təkcə dua və iddia kifayət etmir; ümmət ağır bir vəsiqə, qanbahası təqdim etməlidir.

Ümmət imtahan verməli və səbatlı olduğunu sübut etməlidir. Necə ki, Fələstin və Yəmən xalqlarının səbr və şücaəti dünyaya göstərildi, eləcə də İran xalqının şücaəti Qüds Günü yürüşlərində təcəlli etdi. Raketlər düşdüyü anda belə “Allahu Əkbər” deyərək yalnız Allahdan qorxduqlarını göstərdilər və dəyərlərdən geri çəkilməyəcəklərini isbat etdilər.

Cəbhə döyüşçülərindən tutmuş üç günlük körpəyə qədər minlərlə şəhidin təqdim edilməsi, evlərin, məktəblərin və infrastrukturun üzərinə yağdırılan bombaların dəhşətli səsləri – bütün bunlar zühur üçün ilahi vəsiqə kimi təqdim oluna bilər.

Hər gecə şəhərlərin meydanlarında dua və Peyğəmbər (s) və Əhli-Beyti (ə) yad edən insanlar bəlkə də qəlblərində soruşurlar: “Niyə ilahi yardım gəlmir?” 

Əgər yaxşı qulaq versələr, anlayarlar ki, ilahi yardım çox yaxındadır: 

«أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ» (Bəqərə: 214).

Teqlər: quran ، sionizm ، mübarizə ، təhlil
captcha