“İQNA”-nın “əl‑Kəfil”ə istinadən verdiyi xəbərə görə, Ayətullahül‑uzma Sistaninin İrana yardım çağırışının ardından ilk xalq yardımı karvanı İmam Hüseynin (ə) hərəminin adından İrana tərəf hərəkət edib.
Bundan əvvəl Ayətullahül‑uzma Sistani ən sərt ifadələrlə İrana qarşı aparılan zalım müharibəni pisləmiş və bütün müsəlmanları, eləcə də dünyanın azad insanlarını bu müharibəni qınamağa və İranla Livanın məzlum xalqları ilə həmrəylik nümayiş etdirməyə çağırmışdı.
Həzrət İmam Hüseyn (ə) və Kazimeyn (ə) hərəmində qılınan Fitr bayramı namazının xütbələrində Ayətullahül‑uzma Sistaninin ofisi tərəfindən yayımlanan və region məsələlərinə dair ali mərcəin tövsiyələrini əhatə edən bəyanat oxunub.
Bəyanatda belə deyilir:
“Ey əzizlər, hərçənd bayram sevinc və şadlıq mənaları ilə doludur, lakin möminlərin qəlbləri bu gün parçalanır; çünki onlar din və insanlıq baxımından bizim qardaşlarımızın hansı müsibətlərə düçar olduqlarını görürlər. Biz Allahın nemətlərinə görə təkbir deyib sevinərkən, uşaqların fəryadı ucalır, yaslı anaların göz yaşları axır və İranla Livanda təhlükəsiz evlərin üzərində alovlar qalxır; halbuki bu iki ölkəyə qarşı hərbi təcavüz davam edir.”
“Biz bu zalım müharibəni ən sərt ifadələrlə pisləyirik və bütün müsəlmanları, eləcə də dünyanın azad insanlarını onu qınamağa və İranla Livanın məzlum xalqları ilə həmrəylik göstərməyə çağırırıq. Həmçinin bütün təsirli beynəlxalq tərəfləri və dünya ölkələrini, xüsusilə İslam ölkələrini bu müharibəni dayandırmaq üçün bütün imkanlarını səfərbər etməyə dəvət edirik.”
4343137