IQNA

İmam Hüseyn (ə) hərəminin İran və Livan xalqına yardım kampaniyası davam edir

3:51 - April 04, 2026
Xəbər sayı: 3500072
İQNA – İraq xalqının İran və Livan xalqına yardımlarının toplanması İmam Hüseyn (ə) hərəminin təşəbbüsü ilə hələ də davam edir.

“İQNA”-nın İmam Hüseyn (ə) hərəminin rəsmi saytına istinadən verdiyi xəbərə görə, İraq ali dini mərcəliyinin çağırışı ilə başlayan xalq yardımı kampaniyası Hüseyni Astanasının dəstəyi ilə davam etdirilir.

İmam Hüseyn (ə) hərəmi İran və Livan xalqına yardım kampaniyasını Ayətullah Sistaninin nümayəndəsi Əbdülməhdi əl-Kərbəlainin iştirakı ilə başladıb.

Şeyx əl-Kərbəlai mərasimdə bildirib ki, İmam Hüseyn (ə) hərəmi dini mərcəiyyətin humanitar çağırışının zirvə nöqtəsi olmalıdır.

O, İmam Hüseyn (ə) hərəminin xidmətçilərini və bütün möminləri İran və Livanda müharibədən zərər çəkmiş insanlara bacardıqları hər bir şəkildə yardım etməyə çağırıb.

Bundan əlavə, bu Astanaya tabe olan Zəhra Universiteti də dini mərcəliyin çağırışına cavab olaraq humanitar kampaniya başladıb.

Universitet yaydığı bəyanatda bildirib ki, bu kampaniya mərcəliyin çağırışına cavab olaraq və sosial-humanitar dəstək dəyərlərini həyata keçirmək məqsədilə başladılıb.

Qeyd edək ki, şənbə günü Ayətullahül-uzma Sistaninin İrana yardım çağırışından sonra ilk xalq yardımı karvanı İmam Hüseynin (ə) hərəmindən İrana doğru yola düşüb.

4343741

Teqlər: imam hüseyn ، hərəm ، iran ، livan ، yardım
captcha