IQNA

Ərdoğan: İsrail İran əleyhinə qanunsuz müharibənin əsas məsuludur

12:12 - April 05, 2026
Xəbər sayı: 3500081
İQNA – Türkiyə prezidenti bildirib ki, İsrail rejimi hazırda İran əleyhinə aparılan “qanunsuz müharibənin” əsas məsuliyyətini daşıyır.

“İQNA”‑nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun iclasında çıxış edərək deyib:

“İsrail dövləti bu qanunsuz müharibənin əsas məsuliyyətini daşıyır; elə bir müharibə ki, təkcə bölgəmizi qarşıdurma meydanına çevirməyib, həm də bütün bəşəriyyətə ağır iqtisadi yük yükləyib.”

O əlavə edib: “Unutmaq olmaz ki, bu müharibədə tökülən hər bir qan damlası (sionist rejimin baş naziri) Netanyahu üçün siyasi ömrü uzadan amildir.”

Türkiyə prezidenti daha sonra deyib: “Ümidimiz budur ki, daha çox qan tökülmədən sülh yolu açılsın. Bunun üçün biz özümüzü riskə atmaq demək olsa belə, əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik.”

4343902 

Teqlər: Ərdoğan ، israil ، iran ، müharibə
captcha