“İQNA”-nın “Əl-Məyadin”-ə istinadən verdiyi xəbərə görə, Hizbullah hərəkatı bəyanatında dedi: "İsrail düşməni bugün günahsız mülki insanlara qarşı bir sıra qətliamlar törətdi və Cənubi Dəhhiyə, Beyrut, Sidon, Cənubi Livan və Bəqa bölgələrində çoxsaylı mülki obyektləri hədəf aldı. Bu hücumlar nəticəsində yüzlərlə insan, o cümlədən uşaqlar, qadınlar və yaşlılar şəhid oldu və yaralandı."
Bəyanatda bildirilir ki, bu vəhşi təcavüz, bir hərbi cinayət və kütləvi qətliamdır, mülki əhali ilə dolu bölgələr, bazarlar və dükanlar iş günü saatlarında hədəf alındı. Bu, mülki vətəndaşlardan intiqam almağa yönəlmiş bədbəxt bir cəhddir.
Bəyanatda daha sonra qeyd olunur: "Biz vurğulayıb bildiririk ki, şəhidlərin və yaralıların qanı heç vaxt hədər getməyəcək və bu günkü qətliamlar və bütün digər vəhşi təcavüzlər, işğalçı rejimə qarşı müqavimət göstərmək və onun təcavüzlərinə cavab vermək hüququmuzun təbii və qanuni olduğunu bir daha təsdiqləyir."
Hizbullah əlavə etdi ki, bu vəhşi cinayət düşmənin məqsəd və planlarını müxtəlif cəbhələrdə həyata keçirməkdə yaşadığı rüsvayçı uğursuzluqdan sonra açıq şəkildə ümidsizliyini göstərir və bu, həmçinin, Livan və İran xalqlarının müqaviməti ilə diktə olunan yeni nizamın dəyişməsinə qadir olmayan, iflas etmiş və qarışıqlıq içində olan işğalçı rejiminin və məğlub ordu strukturunun dağılmasının nişanəsidir.
Bəyanatda daha sonra qeyd edilir ki, bu günkü qətliam yalnız bizim düşmənə qarşı müqavimətimizi və xalqımızı, vətənimizi müdafiə etmək, davamlı təcavüzlərə qarşı təhlükəsizliyimizi təmin etmək üçün daha güclü qərar verməyimizi təmin edəcək.
İsrail rejiminin ordusu bu gün Livanın müxtəlif bölgələrini hədəf alaraq bildirib ki, onlar 10 dəqiqə ərzində Livana qarşı ən güclü hücumları həyata keçiriblər və 100-dən çox nöqtəni vurublar.
4345299