IQNA

Nigeriya Quran əhlinin toplantısında Minab şəhid şagirdlərinin xatirəsi anılıb

18:58 - May 06, 2026
Xəbər sayı: 3500290
İQNA – Şeyx İbrahim Yaqub Zəkzakinin rəhbərlik etdiyi Nigeriya İslam Hərəkatı Qurani-Kərimin hifzi üzrə on beşinci mərasimini Minabın şəhid şagirdlərinin xatirəsinə həsr edərək keçirdi. Bu mərasimdə ölkənin müxtəlif bölgələrindən olan Zəkzaki tərəfdarı qız və oğlanlardan ibarət iki yüzdən çox şagird Qurani-Kərimi tam şəkildə əzbərləməyi bacardı.

İQNA-nın məlumatına görə, Nigeriya İslam Hərəkatının sosial şəbəkə səhifəsində bildirilib ki, bu mərasim hər il Fodiyya məktəblərinin müxtəlif şagirdləri arasında Qurani-Kərimi hifz etməyi bacaranlara təşəkkür etmək, onları təbrik etmək və motivasiyalarını artırmaq məqsədilə keçirilir. Bu il bu mənəvi və dini tədbirin on beşinci ilidir. Mərasim həmçinin Kəramət günləri ilə üst-üstə düşmüş və dünən, 2 may tarixində Kano şəhərində baş tutmuşdur.

Proqramın digər hissəsində Minab ibtidai məktəbinin şagirdlərinin şəkilləri nümayiş etdirildi ki, onların da xatirəsi ehtiramla anılsın; çünki həmin uşaqlar da bu hafizlərin həmyaşıdı və həm­dövr idilər. Bu addım həmçinin Amerika hökumətinin və İsrail sionistlərinin İran İslam Respublikasına qarşı törətdiyi cinayət və terror hərəkətlərini göstərmək və pisləmək məqsədi daşıyırdı.

Mərasimdən əvvəl Quran hafizi olan şagirdlər İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki ilə görüşdülər. O, onları təbrik edərək Qurani-Kərimə bağlılıq və onun göstərişlərinə əməl etməyin həyati əhəmiyyəti barədə dəyərli tövsiyələr verdi.

4350174

captcha