IQNA

Çin Xarici İşlər Naziri İrana qarşı müharibəni qeyri-qanuni adlandırdı

12:04 - May 09, 2026
Xəbər sayı: 3500303
İQNA – Çin Xarici İşlər naziri İranlı həmkarı ilə görüşündə ABŞ və sionist rejimin İrana qarşı hücumlarını qeyri-qanuni adlandırıb və tam atəşkəsin vacibliyini vurğulayıb.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, İran və Çin Xarici İşlər nazirləri İraqçinin son regional inkişaflar və Pekin səfəri çərçivəsində apardığı diplomatik məşvərətələrin davamı olaraq ikitərəfli görüşdə böhranın aspektlərini və ondan çıxış yollarını müzakirə ediblər.

Çin Xarici İşlər naziri Vanq Yi regionun tale – yazılı bir döngə və mərhələdə olduğuna işarə edərək, böhranı dəf etmək üçün tərəflər arasında birbaşa görüşlərin vacibliyini vurğulayıb.

O, son hərbi tədbirləri açıq şəkildə tənqid edərək bildirib: "ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan müharibə qeyri-qanunidir."

Çin Xarici İşlər naziri tam və hərtərəfli atəşkəsin qaçılmaz və vacib olduğunu vurğulayıb: "Ölkəm hələ də gərginliyi azaltmaq və regiona sülhü qaytarmaq üçün bütün səylərini göstərməyə hazırdır."

İran Xarici İşlər naziri Seyid Abbas Əraqçi də bu görüşdə Çini İranın səmimi və yaxın dostu kimi təsvir edərək vurğulayıb: "Hazırkı şəraitdə iki ölkənin əməkdaşlığı daha da gücləndiriləcək."

O, ölkəsinin mövqelərini izah edərək bildirib: "İrana qarşı icbar edilən müharibə açıq-aşkar təcavüz və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır."

Əraqçi deyib: "Tehran Çinin ABŞ və İsrailin tədbirlərini qınamaqda qəti mövqeyini yüksək qiymətləndirir və davam edən danışıqlarda öz qanuni hüquq və mənafelərini qorumaq üçün bütün gücünü sərf edəcək."

İran Xarici İşlər naziri sonda qeyd edib: "İran ədalətli və hərtərəfli olmayan və ölkənin bütün haqq tələblərini əhatə etməyən heç bir sazişə razı olmayacaq."

4350668

captcha