“İQNA”-nın Beynəlxalq Fitrət İnstitutunun məlumat kanalına istinadən verdiyi məlumata görə, ingilis dilində olan bu Quran təfsirləri toplusu hazırda PDF və elektron kitab formatlarında mövcuddur.
İndiyədək bu əsas təfsir mətnləri bir çox ingilisdilli müsəlmanlar (və qeyri-müsəlmanlar) üçün əlçatmaz idi.
Quranı dərk etmək və təfsir əsərləri üçün ən mühüm mənbələrdən bəziləri, vəhy ayələrinin düzgün anlaşılması üçün izah və kontekst yaradan Quran təfsirləridir.
Bütün təfsirlərə baxmaq üçün Fonsvitae Rəqəmsal Nəşriyyat Kolleksiyası ilə bağlı aşağıdakı linkə daxil olun:
https://fonsvitae.com/product-category/islam/quran/
Fonsvitae, əsasən qlobal mənəviyyata yönəlmiş elmi və dini mətnləri nəşr edən qeyri-kommersiya akademik nəşriyyatıdır.
Fonsvitae, xüsusən də mistisizm sahəsində əsas ərəb və fars əsərlərinin əhəmiyyətli ingilis dilinə tərcümələri ilə seçilir. Mükafat qazanan kitabları və filmləri universitet auditoriyalarında və dünya miqyasında geniş ictimaiyyət tərəfindən istifadə olunur.
4359985