IQNA

Hindistan mediası: İranın şəhid rəhbəri ilə vida mərasimində Kərbəla mesajı əks-səda verdi

11:52 - July 10, 2026
Xəbər sayı: 3500726
İQNA – Hindistanın "India Today" qəzeti yayımladığı hesabatda vurğulayıb: İranın şəhid rəhbərinin cənazəsinin yola salınması mərasimində iştirak edənlər bu mərasimi İmam Hüseynin (ə) Kərbəlada şəhadəti ilə əlaqələndiriblər.

“İQNA”, "Əl-Məlumə" agentliyinə istinadən xəbər verir ki, bazar günü Hindistanın "India Today" qəzetində dərc olunan hesabatda qeyd olunur ki, Tehranda İranın şəhid rəhbəri ilə vida mərasimi zamanı matəm saxlayanlar onun şəhadətini İmam Hüseynin (ə) şəhadət və müqavimət irsi ilə bağlayıblar. İştirakçıların səsləndirdiyi şüarlar, qaldırdığı qırmızı bayraqlar, həmçinin Kərbəlanı və İmam Hüseynin (ə) qiyamını xatırlatmaları şiə müqavimətinin istibdada qarşı canlı ifadəsi idi.

Hesabatın bir hissəsində deyilir: "Tehranda Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminə toplaşan bir çox iranlı üçün Ali Rəhbərin şəhadəti sadəcə siyasi bir şəxsiyyətin itkisi deyil, İmam Hüseyndən (ə) ilhamlanan dərin köklü fədakarlıq, müqavimət və şəhadət ənənəsinin davamı idi".

Hesabatda əlavə edilir: "Dəfn mərasiminə minlərlə insanın axın etməsi ilə səhnədə Kərbəla rəmzləri üstünlük təşkil edirdi. Dini məkanların üzərində İranın milli bayrağı ilə yanaşı dalğalanan qırmızı bayraqlar, bir çox iştirakçının ədalətsizliyə qarşı daimi müqavimət çağırışı və hətta can bahasına da olsa ədalət uğrunda mübarizə kimi təsvir etdiyi bir mənanı təcəssüm etdirirdi".

Hesabatın digər bir hissəsində isə qeyd olunur: "Matəm saxlayanlardan biri izah etdi ki, şəhadət anlayışı İslam inanclarında, xüsusən də şiəlikdə mərkəzi yer tutur. Şəhadət Quranda da qeyd edilib. Allah və bəşəriyyət yolunda canını fəda edən hər kəs şəhiddir. İmam Hüseynin (ə) mesajı ədalətsizliyə qarşı durmaq və ona təslim olmamaqdır. Bu, yalnız müsəlmanlar üçün deyil, bütün bəşəriyyət üçün olan bir mesajdır".

4362460

Teqlər: iran ، hindistan ، media ، şəhid ، kərbəla
captcha