IQNA

Həzrət Əli (ə) hərəminin tərəfindən Ərbəin mokibləri arasında ərzaq paylanmasına başlanılıb

23:50 - July 19, 2026
Xəbər sayı: 3500795
İQNA – Həzrət Əli (ə) hərəminin idarəsi Nəcəf-əşrəfdə 1500-dən çox İmam Hüseyn (ə) mokiblərinə ərzaq və içməli su paylamaqla onlara dəstək verməyə başlayıb.

“İQNA”-nın Həzrət Əli (ə) hərəminin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İmam Hüseyn (ə) mokiblərinə dəstək komitəsi Ərbəin mərasimində iştirak edən xidmətçi möküblərə lazımi ləvazimatların paylanmasına start verib.

Bu layihə çərçivəsində Nəcəf şəhərinin qədim hissəsində və Həzrət Əlinin (ə) müqəddəs hərəminin ətrafındakı bölgələrdə yerləşən mokiblərə ərzaq bağlamaları və içməli su paylanır ki, onlar milyonlarla Ərbəin zəvvarına xidmət göstərə bilsinlər.

Hüseyni möküblərinə dəstək komitəsinin sədri Əhməd Nəcm ər-Rikabi bu barədə deyib: "Hər bir mökübə ayrılan paya düyü, yağ, tomat pastası və digər ərzaq məhsulları daxildir. Həmçinin mokiblərin ehtiyac duyduğu içməli su da təmin edilir ki, bu milyonluq ziyarət günlərində zəvvarlara ən yaxşı xidməti göstərə bilsinlər".

Hüseyni mokiblərinə dəstək komitəsi sahə proqramı əsasında ərzaqların paylanması prosesini elə həyata keçirir ki, bütün müvafiq mokiblər bu dəstəkdən bəhrələnsin. Bu tədbir könüllülük və xidmət fəaliyyətlərini gücləndirmək, eləcə də Ərbəin mərasiminin daha möhtəşəm keçirilməsinə kömək etmək məqsədi daşıyır.

4364801

captcha