IQNA

Malayziyada İslam müqəddəratına təhqirə görə bir nəfər saxlanılıb

16:34 - July 25, 2026
Xəbər sayı: 3500830
İQNA - Malayziya polisi İslam dininə və müqəddəs dəyərlərə təhqir edən bir şəxsi saxlayıb.

"The Star" qəzetinə istinadən "İQNA"-nın verdiyi məlumata görə, Malayziya polisi İslam dininə və Həzrət Peyğəmbərin (s) şəxsiyyəti də daxil olmaqla, müqəddəs dəyərlərə qarşı təhqiramiz ifadələrin yer aldığı "Facebook" paylaşımına görə bir nəfəri saxlayıb.

Cohor ştatının polis rəisi Əbdürrəhman Ərsad bildirib ki, polis həmçinin şübhəli şəxsə məxsus iki mobil telefonu müsadirə edib. Şübhəli şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığı bildirilir.

Həmin şəxs istintaqa köməklik göstərmək üçün dörd günlük həbs edilib.

4366067

Teqlər: malaziya ، İslam ، din ، polis
captcha