IQNA

Yəmən ordusu "Aramco" obyektlərin hədəf aldığını elan edib

2:03 - July 26, 2026
Xəbər sayı: 3500834
İQNA -Yəmən ordusu onlarla ballistik raket və dronla "Aramco" obyektlərini hədəfə aldığını açıqlayıb.

"əl-Məsirə"-yə istinadən verilən məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu gün günorta saatlarında verdiyi bəyanatda bildirib: "Biz iki unikal hərbi əməliyyat keçirdik; birinci əməliyyatda Cizandakı "Aramco" neft obyektlərindəki mühüm və həssas hədəflər onlarla ballistik raket və dronla vuruldu".

Bəyanatın davamında qeyd olunur: "Yəmən ordusu ikinci əməliyyatda Yanbudakı "Aramco" şirkətinin həssas hədəflərini bir sıra ballistik, qanadlı raketlər və dronlarla hədəfə alıb".

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bəyanatının davamında vurğulayıb ki, hər iki əməliyyat dəqiq və uğurla həyata keçirilib.

O, həmçinin deyib: "'Səudiyyə düşməni' üzərinə qoyulan dəniz mühasirəsi hələ də davam edir".

Yəhya Səri bildirib: "Təcavüzlərin şiddətlənməsi Səudiyyə Ərəbistanının Yəmən xalqının mühasirəsini davam etdirmək və ölkəmizin suverenliyini pozmaq əzmini təsdiqləyir".

Yəmən Silahlı Qüvvələrinin sözçüsü sonda xəbərdarlıq edərək deyib: "Qarşıdakı saatlarda və günlərdə meydandakı hadisələrdən asılı olaraq, 'mühasirəyə qarşı mühasirə və gərginliyə qarşı gərginlik' formulu çərçivəsində, tədbirlərimizi genişləndirməkdə və addımlarımızı sərtləşdirməkdə heç bir tərəddüd etməyəcəyik".

Bu istiqamətdə Yəmən parlamenti də bir bəyanat yayaraq, son gərginliyin nəticələrinə görə bütün məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyub və bildirib: "Bu proses bölgənin təhlükəsizliyini və sabitliyini ciddi təhdid altında qoyur".

Bəyanatda vurğulanıb ki, Yəmən xalqı və bu ölkənin silahlı qüvvələri təcavüzə qarşı mübarizə aparmaq və bütün qanuni haqlarını geri qaytarmaq üçün münasib və çəkindirici vasitələrdən istifadə etmək hüququna malikdirlər. Həmçinin Yəmən hökumətinin başçısı da Əl-Hüdəydə limanına və Kəmrən adasına edilən hücumların daha sərt cavabla qarşılaşacağını vurğulayıb.

Yəmən "Ənsarullah" hərəkatının sözçüsü və Səna danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdülsalam da bu gün (şənbə) Səudiyyənin Səna hava limanına hücumuna işarə edərək deyib: "Yəmən xalqı öz haqlarından əl çəkməyəcək və lazım olan hər bir vasitə ilə öz haqqını tələb edəcək. Yəmən qüvvələri tərəfindən tətbiq olunan dəniz mühasirəsi 'mühasirəyə qarşı mühasirə' döyüşündə sadəcə ilk addımdır".

"Ənsarullah"-ın bu yüksək səviyyəli üzvü vurğulayıb: "Səudiyyə Ərəbistanının bu mərhələdə anlamalı olduğu odur ki, səhv hesablamaları ilə özünü Yəmənin aşkar düşməninə çevirib. Onun inadkarlığı və həqiqəti qəbul etməkdən boyun qaçırması öz təhlükəsizliyi və iqtisadiyyatı üçün ağır nəticələr doğuracaq. (Yəmən tərəfindən) dəniz mühasirəsi döyüşün yalnız ilk addımıdır; Yəmən xalqı öz haqlarından əl çəkməyəcək və lazım olan hər bir vasitə ilə öz haqqını tələb edəcək".

4366100

captcha