IQNA

Misirdə Dövlət-i Tilavət müsabiqəsinin münsiflər heyəti mükafatlandırılıb

17:16 - July 27, 2026
Xəbər sayı: 3500842
İQNA -Misirin Behairə vilayətinin Vəqflər İdarəsi keçirdiyi mərasimlə ölkədəki "Dövlət-i Tilavət" adlı Quran müsabiqəsinin münsiflər heyətinin bir neçə üzvünü təltif edib.

"İQNA"-nın "Əl-Yəvm əs-Sabi"yə istinadən verdiyi məlumata görə, mərasimdə Misirin Vəqflər Nazirliyinin Behairə üzrə nümayəndəsi Şeyx Əbdülsəbur Ənsari müsabiqənin münsiflər heyəti üzvlərinə xatirə hədiyyələri təqdim edib.

Vəqflər Nazirliyinin bir sıra rəsmilərinin iştirak etdiyi mərasimdə münsiflər heyətinin üzvləri – Şeyx Yasir əş-Şərqəvi, Məhəmməd Faruq Əbulxeyr və Şeyx Nəsr Əbulcəlacil mükafatlandırılıblar.

Bu komitə iştirakçıları ciddi elmi və texniki meyarlar əsasında qiymətləndirir və hər bir iştirakçıya öz bacarıqlarını nümayiş etdirmək üçün kifayət qədər vaxt verir.

Qeyd edək ki, bir müddət əvvəl Misirdə başlayan "Dövlət-i Tilavət" proqramının ikinci mövsümü ölkənin müxtəlif vilayətlərindən istedadlı qariləri kəşf etməyə və yetişdirməyə davam edir.

Bu proqram Vəqflər Nazirliyi və "Əl-Müttəhidə" media xidmətləri şirkətinin əməkdaşlığı ilə Quran hafizlərini dəstəkləmək və təcvid qaydalarına uyğun düzgün qiraət mədəniyyətini təbliğ etmək məqsədilə hazırlanıb.

Ötən il "Dövlət-i Tilavət"in birinci mövsümü ölkənin müxtəlif vilayətlərindən istedadları və seçilən tilavət sahiblərini müəyyən etmək məqsədilə həyata keçirilib və "Əl-Həyat", "CBC", "Nas", "Misr Quran Kərim" peyk kanallarında və "Watch it" platformasında yayımlanıb.

4366487

Teqlər: misir ، quran ، müsabiqə ، iqna
captcha