IQNA

15:43 - August 15, 2026
Xəbər sayı: 3500961

Yəmən xalqı sionist-amerikanın Qurani-Kərimə təhqirinə qarşı etiraz aksiyası keçirib

İQNA – Yəmənin Zimar şəhəri sionist-amerikanın Qurani-Kərimə qarşı təkrarlanan təhqirlərini pisləyən kütləvi etiraz aksiyasına şahidlik edib.

“İQNA”-nın "Ənsarullah" saytına istinadən verdiyi məlumata görə, Yəmənin Zimar şəhərində keçirilən böyük xalq yığıncağında amerikalı və sionist dairələrin Qurani-Kərimə qarşı davamlı təhqirləri qətiyyətlə pislənib və rədd edilib.

Aksiyada iştirak edən icraedici və yerli rəhbərlər, habelə ictimaiyyət nümayəndələri dünya müsəlmanlarının hisslərini təhqir edən bu təxribatçı hərəkəti törədən sionist rejim tərəfdarlarının əməllərini lənətləyiblər. Onlar vurğulayıblar ki, Allahın kitabına qarşı edilən hörmətsizlik dinlərin müqəddəsliyinə açıq-aşkar hörmətsizlik və İslamın müqəddəs məkanlarına qarşı təcavüzdür.

Aksiyanın sonunda yayımlanan bəyanatda qeyd edilib ki, sionist-amerikanın Qurani-Kərimə son təhqiri yəhudilərin sionist hərəkatı və küfr başçıları vasitəsilə İslama və müsəlmanlara qarşı apardıqları mütəşəkkil və aşkar düşmənçilik kampaniyasının bir hissəsidir.

Bəyanatın digər hissəsində bildirilir ki, bu addımlar yəhudilərin və onların qərbli müttəfiqlərinin ilk növbədə İslam ümmətini hədəf alan və bütün bəşəriyyət üçün ciddi təhlükə törədən şər sionist planını həyata keçirmək cəhdlərinin bir parçasıdır.

Bəyanatda yer üzünün ən müqəddəs kitabı olan Qurani-Kərimə qarşı fasiləsiz hücumların bir hissəsi kimi qiymətləndirilən bu iyrənc sionist-amerikan hərəkətləri ən sərt şəkildə pislənib. Bildirilib ki, bu hərəkətlər onların Qurani-Kərimə, onun təcəssüm etdirdiyi dəyərlərə, prinsiplərə və əxlaqa qarşı açıq düşmənçiliyini ortaya qoyur.

Bəyanatda Yəmən xalqının Qurani-Kərimə və onun möhkəm hidayətinə bağlılığı, Fələstin ideallarına sarsılmaz dəstəyi, qlobal istikbar qüvvələrinin hegemonluğundan qurtulmaq əzmi, eləcə də təcavüzə, mühasirəyə və işğala son qoymaq üçün mübarizə aparacaqları vurğulanıb.

4369623

Teqlər: yəmən ، sionist rejim ، amerika ، aksiya ، quran
captcha