IQNA

13:08 - August 20, 2026
Xəbər sayı: 3501003

Qvatemalalı uşaq Səudiyyə Ərəbistanı Quran müsabiqələrinin ən kiçik iştirakçısı

İQNA – Qvatemaladan olan beş yaşlı Rəzan Məhəmməd Məhəmməd Mütəvəlli Səudiyyə Ərəbistanının 46-cı Beynəlxalq Quran müsabiqəsində ən kiçik iştirakçı kimi iştirak edir.

“İQNA”-nın "Əl-Mədinə"yə istinadən verdiyi məlumata görə, Qvatemaladan olan beş yaşlı Rəzan Məhəmməd Məhəmməd Mütəvəlli "Kral Əbdüləziz" adına 46-cı Beynəlxalq Quranın əzbərlənməsi, qiraəti və təfsiri müsabiqəsinə qatılıb. O, müsabiqənin beşinci kateqoriyasında (ardıcıl 5 cüzün əzbərlənməsi) iştirak edən ən kiçik iştirakçıdır.

Bu müsabiqədə iştirak etməkdən məmnunluğunu ifadə edən Rəzan deyib: "Qurani-Kərimin beş cüzünü əzbərləmişəm. Anamın mənə Allahın kitabını öyrətməkdə və erkən yaşlarımdan Quranı əzbərləməyə həvəsləndirməkdə böyük rolu olub."

Rəzanın bu yarışda iştirakı gənc hafizlər nəsli üçün parlaq bir nümunədir və dünyanın hər yerindən uşaqların Qurani-Kərimi əzbərləməyə və öyrənməyə həvəsləndirilməsində bu müsabiqənin təsirini vurğulayır.

Qeyd edək ki, "Kral Əbdüləziz" adına 46-cı Beynəlxalq Quranın əzbərlənməsi, qiraəti və təfsiri müsabiqəsi cümə axşamı (6 avqust) Məkkədə başlayıb. Bu müsabiqələrin məqsədi müsəlman gəncləri Quranı əzbərləməyə, anlamağa və onun haqqında düşünməyə (tədəbbür) təşviq etmək və ədalətli rəqabət mühiti yaratmaq elan edilib.

Müsabiqənin bağlanış mərasimi, çərşənbə günü (19 avqust) Məscidül-Həramda, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səudun himayəsi altında, beş kateqoriya üzrə qalibləri mükafatlandırmaq üçün keçirilir.

Bu tədbir mükafat fondunun 10 milyon 260 min Səudiyyə rialına çatdırılması və qaliblərin sayının 50 nəfərə (hər beş kateqoriya üzrə beş qalib olmaqla) yüksəldilməsi ilə fərqlənir.

133 ölkədən 334 kişi və qadın iştirakçı müsabiqənin beş kateqoriyasında – yeddi qiraət üzrə gözəl tələffüz və ahənglə bütün Quranın əzbərlənməsi, gözəl icra və ahənglə bütün Quranın əzbərlənməsi və bütün Quranın sözlərinin təfsiri, gözəl icra və ahənglə bütün Quranın əzbərlənməsi, gözəl icra və ahənglə ardıcıl on beş cüzün əzbərlənməsi və gözəl icra və ahənglə ardıcıl beş cüzün əzbərlənməsi – bir-biri ilə rəqabət aparıblar.

4370671

captcha