İQNA – Nəcəf əyalətinin yerli rəsmiləri bu əyalətin İran İslam Respublikasının şəhid liderinin dəfn mərasiminə ev sahibliyi etmək üçün tam hazır olduğunu bildiriblər.
Xəbər sayı: 3500701 Nəşr tarixi : 2026/07/07
İQNA – İran İslam Respublikası özünün şəhid olmuş lideri ilə vida mərasimində milli birliyi nümayiş etdirməklə və son müharibədən sonra Hörmüz boğazı üzərindəki dominant mövqeyini möhkəmləndirməklə, Vaşinqtona qarşı yeni bir strateji təzyiq rıçaqı tətbiq edib. Bununla da Tehran öz nüvə dosyesini arxa plana keçirərək, Donald Tramp administrasiyasını regionun yeni diplomatik və dənizçilik reallıqları ilə üz-üzə qoyub.
Xəbər sayı: 3500700 Nəşr tarixi : 2026/07/07
İQNA – İnqilabın şəhid rəhbərinin cənazəsi üzərində vida və namaz mərasimi ilə eyni vaxtda – bazar günü, 5 iyul səhəri – onun övladları Tehran İmam Xomeyni (r.ə) Müsəllasında iştirak edərək, rəsmilər və İranın yaslı xalqı ilə birlikdə bu mənəvi mərasimdə iştirak etdilər.
Xəbər sayı: 3500699 Nəşr tarixi : 2026/07/06
İQNA – Şəhid lider Ayətullahül-üzma Seyid Əli Xameneinin dəfn mərasimində milyonların iştirakı dünya mediasında geniş əks-səda doğurub və bu media qurumları hadisəni öz hesabatlarında geniş işıqlandırıblar.
Xəbər sayı: 3500696 Nəşr tarixi : 2026/07/10
İQNA – Məgər Misirin o xoşavaz qarilərinin — ki, deyirlər Nil suyundan bitən buğdanın bərəkətindən ilahi bir nəğmə qazanıblar — Tehranın yas gecələrində yeri boş deyildimi? Dünən, Şəhid İmama (rəhbərə) hörmət mərasimində niyə onlardan dəvət olunmadı? Belə məclislərin, xüsusilə İslam ölkələrinin yüksəksəviyyəli siyasi şəxsiyyətlərinin yas mərasimlərinin adəti bu olub və var. Amma İran, burada, bu dəvətlərdən ehtiyacsız hala gəlib. O müdrik alim özü belə istəməzdi. İllərdir ki, şagirdlərinin əlindən tutmuşdu — o qarilərin ki, bir vaxtlar təzə-təzə nəfəs alan gənclər idilər, bu gün isə beynəlxalq müəllimlər qismində uca ad qazanıblar. Onları addım-addım təqliddən qurtarıb, yaradıcılıq və təsirgücünün üfüqünə çatdırmışdı. Hər il İmam Xomeyni Hüseyniyyəsində qarilər və hafizlərlə görüşlərində onlara yeni bir pəncərə açardı.
Xəbər sayı: 3500686 Nəşr tarixi : 2026/07/06
İQNA - İran İslam İnqilabının şəhid rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin cənazəsi ilə vida mərasimi İmam Xomeyni (r.ə) Müsəllasında keçirildi.
Xəbər sayı: 3500684 Nəşr tarixi : 2026/07/05
İQNA – Bu izdiham deyil, qəlblərin səbirsizliyi idi. Şəhid İmamın yola salınmasının ikinci gününün hekayəsi bu idi. İranın hər yerindən, hətta qonşu ölkələrdən gələn insanlar dəfn mərasimindən öncə özlərini İmam Xomeyni (r.ə) məsləhətxanasına çatdırdılar ki, vida üçün ayrılan son saatlarda şəhid rəhbərləri ilə bir daha əhd-peymanlarını təzələsinlər və şəhid rəhbərin və onun ailəsinin müqəddəs cənazəsi üçün vida namazı qılsınlar.
Xəbər sayı: 3500682 Nəşr tarixi : 2026/07/05
İQNA – CNN xəbər kanalı hesabat yayıb ki, Tehranın İmam Xomeyni Müsəllasında Ayətullah Xameneinin cənazəsi ilə vida mərasiminin ikinci günü isti hava dalğasına baxmayaraq xalq izdihamlı şəkildə iştirak edib.
Xəbər sayı: 3500681 Nəşr tarixi : 2026/07/05
İQNA-nın şəhid liderlə vida mərasimindən hesabatı
İQNA – İnqilabın şəhid lideri Həzrət Ayətullahul-üzma Xamenei və onun şəhid ailəsi ilə xalqın vida və yolasalma mərasimi səhər saat 06:00-dan etibarən Tehranın İmam Xomeyni (r.ə) məsəddində müsəllasında) xalqın böyük və tarixi izdihamı ilə başladı. İranın hər yerindən gələn insanlar bu mərasimdə iştirak edərək "İnqilabın şəhid ağası" ilə son görüşlərini gerçəkləşdirdilər. Mərasim sabah saat 20:00-dək davam edəcək və bundan sonra bazar ertəsi Tehranda dəfn mərasimi keçiriləcək.
Xəbər sayı: 3500678 Nəşr tarixi : 2026/07/05
İQNA – Şəhid Rəhbərin vida və yola salınma mərasimi bu gün, şənbə günü, 4 iyul tarixində səhər saat 6-dan etibarən ölkənin hər yerindən gəlmiş tarixi sayda izdihamlı aşiq və əzadarların iştirakı ilə Tehranın İmam Xomeyni (r.ə) Müsəllasında rəsmi olaraq başladı. Çox sayda insan gecənin son saatlarından etibarən Müsəllaya gəlmişdi ki, mərhum Ayətullah şəhid Seyid Əli Xameneinin pak cənazəsi ilə vida mərasiminin ilk saatlarında iştirak etsin.
Xəbər sayı: 3500671 Nəşr tarixi : 2026/07/04
İQNA – İnqilabın Şəhid Liderinin nəşinə və onun ailəsinə ehtiram mərasimi bu gün səhər, 3 iyul tarixində, müxtəlif ölkələrin yüksək vəzifəli rəsmilərinin, siyasi şəxsiyyətlərin, İslam dünyasının mütəfəkkirləri və elitalarının, habelə xalq qruplarının iştirakı ilə keçirildi.
Xəbər sayı: 3500662 Nəşr tarixi : 2026/07/03
İQNA – Xacə Məhəmməd Asif bildirib ki, sionist rejim ABŞ ilə İran arasında əldə olunacaq sülh razılaşmasını uğursuzluğa düçar etməyə çalışır.
Xəbər sayı: 3500596 Nəşr tarixi : 2026/06/23
İQNA – Bağdadın cümə imamı İranın Livana qarşı davam edən təcavüzə görə danışıqları dayandırdığını bildirərək, İran İslam Respublikasına qarşı müharibəni İslam ümmətinə qarşı müharibə adlandırıb.
Xəbər sayı: 3500582 Nəşr tarixi : 2026/06/21
Kərbəla Böyük Mükafatı Beynəlxalq Quran Müsabiqəsinin ikincisi:
İQNA – Kərbəla Beynəlxalq Quran Müsabiqəsinin 5-ci dövründə "təhqiq qiraəti" sahəsində ikinci yeri tutan Ümid Hüseyninejad, İranın Quran karvanının uğur sirrini nümayəndələrimizin yüksək təcrübə və hazırlığında görür. O bildirib: "İranlı qarilər beynəlxalq arenaya çıxmazdan əvvəl müxtəlif rəqabət mərhələlərindən keçirlər, buna görə də onlar hər bir yarışda əsas iddialılardan biri kimi çıxış edirlər."
Xəbər sayı: 3500581 Nəşr tarixi : 2026/06/21
İQNA – İnqilabıın Ali Rəhbəri İran və ABŞ prezidentləri arasında imzalanmış anlaşma memorandumu ilə bağlı İran xalqına müraciətində buyurub: "Mən əslində başqa bir fikir bildirmək istəyirdim, lakin möhtərəm prezidentin Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi öz adından və digər üzvlər adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarını qorumaqla bağlı mənə verdiyi öhdəliyə və bu məsuliyyəti öz üzərinə götürdüyünü bəyan etdiyinə görə, buna icazə verdim."
Xəbər sayı: 3500572 Nəşr tarixi : 2026/06/19
İQNA – Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa İranın "ağıllı müqavimətini" tərifləyərək, regionda dəyişiklik prosesinin başladığını vurğulayıb.
Xəbər sayı: 3500568 Nəşr tarixi : 2026/06/18
İQNA – Sionist rejim mediası Donald Trampın İranla bağladığı razılaşmada heç bir uğur əldə etmədiyini və onun bu prosesin uduzan tərəfi olduğunu bildirib.
Xəbər sayı: 3500548 Nəşr tarixi : 2026/06/15
İQNA – İranın nümayəndələri Kərbəla Beynəlxalq Quran Mükafatı yarışmasının müxtəlif kateqoriyalarında dərəcələr qazanıblar.
Xəbər sayı: 3500537 Nəşr tarixi : 2026/06/14
İQNA – Britaniyanın "Guardian" qəzeti, ABŞ-ın "New York Times" qəzeti və "NBC News" telekanalı ABŞ-ın İranın cənubundakı bir kəndin içməli su obyektlərinə endirdiyi zərbələrin peyk görüntülərini yayımlayaraq, bu hücumların hərbi cinayət sayıla biləcəyini bəyan ediblər.
Xəbər sayı: 3500534 Nəşr tarixi : 2026/06/13
İQNA – İraqın "Milli Hikmət" cərəyanının lideri Seyid Əmmar əl-Həkim, Əhli-beyt (ə) Ümumdünya Assambleyasının baş katibi ilə görüşündə İran xalqının dözümlülüyünü və müqavimətini təqdir edərək, regionda yenidən gərginliyin qarşısını alacaq hərtərəfli həll yolunun tapılmasının vacibliyini vurğulayıb.
Xəbər sayı: 3500531 Nəşr tarixi : 2026/06/13