İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İran İslam Respublikası “İslam İrşad və Mədəniyyət Nazirliyi”nin “Quran və İtrət” müavinliyi Beynəlxalq Quran-Kərim sərgisinin 22-ci turuna çağırış elanı verdi.
Beynəlxalq Quran-Kərim sərgisinin 22-ci turunun keçirilməsinin təşkilat komitəsi bu sahədə mütəxəssis olanlardan bu sərgidə yeniliklər yaratmaq üçün öz təkliflərini göndərməyi xahiş etdi.
Vəhy Kitabı və İncəsənətə maraqlı olanlar, mütəfəkkirlər, peşəkarlar və İslam dünyasının aktivistləri və yenilik icad etmək istəyənlər, bu sərgidə yeni baxışları ilə iştirak edərək tamaşaçların və Quransevərlərin izdihamlı iştirakı üçün zəmin yarada bilərlər.
Elanda deyilir ki, sərginin keçirilməsi fonunda yeni idea və proqram sahiblərinin təklif və işləri mükafatlandırılacaq və qəbul olunarsa icra edilməsi üçün önplanda olacaq.
Həqiqi və hüquqi şəxslər eliyə bilərlər öz idea və proqramlarını aşağıdakı ünvana göndərsinlər:
İran İslam Respublikası, Tehran, Cümhuri 3 yolu, Vəli-Əsr (ə.f) 4 yolu, Şəhid Haşimifər xiyabanı, mənzil:15-ə göndərə bilərlər.
Tel: 00982161905
Email: info@qia.ir