İQNA İran Quran İnformasiya Agentliyi Nun informasiya agentliyinə istinadən xəbər verir ki, Afrikanın qərbində fəaliyyət göstərən şiə təşkilatının rəhbəri Məhəmməd Əli Heydər deyib: “Beynəlxalq Aşura konfransı dünyanın müxtəlif ölkələrindən şiə şəxsiyyətlərin iştirakı ilə keçiriləcək.” Alimin nəzərincə, böyük şəxsiyyətlərin bu kimi tədbirlərdə bir araya gəlməsi Əhli-beyt maarifinin dünyaya yayılmasında olduqca mühüm addımdır. Hələ Kərbəlada Rəbiul-şəhadət bayramı başa çatanda konfransın 5-ci yığıncağını Seneqalda keçirmək qərara alınıb.
620038