İQNA Quran agentliyinin Faktxeber.com-a istinadən məlumatına əsasən, dekabrın 18-də Nardaranda Təhsil Nazirliyi tərəfindən tətbiq olunan hicab qadağasına qarşı etiraz aksiyası keçirilib. Aksiyada 200-300 nəfər iştirak edib. Aksiya iştirakçıları “Allahu Əkbər”, “Hicab bizim namusumuz qeyrətimizdir”, “Biz ölərik hicabımızdan dönmərik” kimi şüarlar səsləndiriblər.
Aksiya da çıxış edən kənd sakinləri, hicabla əlaqədar orta məktəblərdə Misir Mərdanovun qeyri-qanuni işini kəskin tənqid ediblər. Tezliklə Təhsil nazirliyini öz qeyri-qanuni işimdən əl çəkməyi tələb edən aksiya iştirakçıları, əks halda Azərbaycanda kütləvi etiraz aksiyalrın baş verəcəyini bildiriblər.
İlk olaraq çıxış edən Nardaran cümə məscidinin axundu Hacı Ataməli Misir Mərdanovun bu işini kəskin tənqid edib. Hicabın müsəlmanların qeyrət və iffət rəmzi olduğunu deyən Hacı Atamoğlan, “hətta canımız bahasına olsa belə, bu qanunla razılaşmayacayıq” deyə çıxış edib.
Bundan sonra çıxış edən Nardaran kənd ağ saqqalı Hacı Hacıağa Nuri, bu cür addımların qərbin, xüsusilə sionizmin diktəsilə atıldığını bildirib. Məsələnin həlli istiqamətində ölkə rəhbərliyinin qarışmasının çox mühüm olduğunu deyən kənd ağ saqqalı, əks halda bu cür qeyri qanuni addımların geniş iğtişaşlara və etirazlara səbəb olacağını qeyd edib.
Aksiyanın sonunda çoxlu şüarlar səsləndirərək, Misir Mərdanovun şəkli yandırılıb.