İQNA Quran agentliyinin “Islamic Studies Network” saytına istinadən məlumatına əsasən, simpoziumda müxtəlif sahələrdə dinşünas, tarix, siyasət, ədəbiyyat, insanşünas, hüquq, ticarət və iqtisadi alimlər iştirak edəcəklər. Simpoziumda iştirak edən mütəxəssislər İslamda həmin sahələrlə bağlı mövzuları müzakirə edəcəklər.
Simpozium yerli vaxtla saat 10:30-dan 14-dək davam edəcək. Simpoziumda “İslami araşdırmlarla tanışlıq”, “Britaniyanın şimalında İslami araşdırmlar; hazırkı dövrdə”, Britaniyanın şimalında İslami araşdırmalar; mövcud imkanlar və gələcək prespektivlər” müzakirə olunub.
Qeyd edək ki, Britaniya İslami Araşdırmalar Şəbəkəsi bundan öncə də Şotlandiyanın Edinburq Universitetində və “Wales Trinity Saint David” Universitetində İslami Araşdırmalar mövzusunda simpozium təşkil edib.773755