IQNA

İraqda qadınlar üçün Quran təlim kursları təşkil olunacaq

22:37 - June 11, 2011
Xəbər sayı: 2136331
Beynəlxalq şöbə: İraqın Nasiriyyə şəhəri Quran Müəssisəsi qadınlar üçün xüsusi Quran təlim kursları təşkil edəcək/

İraqın Nasiriyyə şəhəri Quran Müəssisəsinin direktoru Rəd Ədnan Əl-Nasiri İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, təlim kursları iyunun 25-dən müəssisənin ofisində təşkil olunacaq və iki ay müddətinə davam edəcək.
O əlavə edib ki, təlim kursu İraqın Baş Naziri Nuri Əl-Malikinin ofisinin “Zi Qar” əyaləti Qadınlar Təşkilatının dəstəyi ilə təşkil olunur.
Təlim kursunda Quranın 30-cu cüzünin təcvid və qiraət qaydalarına uyğun əzəbərlənməsi üzrə dərslər keçiriləcək. Kursda Zi Qar əyalətinin Qadınlar Təşkilatının üzvləri və digər qadınlar iştirak edəcək. 806481

captcha