IQNA

“Yeni əsrdə islam dünyası” adlı kitab Londonda nəşr olundu

16:13 - July 06, 2011
Xəbər sayı: 2150206
Beynəlxalq şöbə: İkmaləddin Ehsanoğlunun “Yeni əsrdə islam dünyası” adlı kitabı İslam həmkarlar təşkilatının təşəbbüsü ilə İngilistanın pataxtı Londonda nəşr olundu.
İran Quran Xəbər Agentliyi (İQNA): “Spa” xəbər bürosunun məlumatına əsasən, Ehsanoğlu bu 326 səhifəlik kitabda İslam həmkarlar təşkilatının yaranma tarixini (keçmiş İslam konfransı təşkilatı)və bu təşkilatın miladi 2011-ci ilə kimi fəaliyyətlərini şərh etmişdir.
Bu əsər ingiliscə “The islamic world in the New Century” adı ilə “Hurst& Company” nəşriyyatında Londonda çap olunub və İslam həmkarlar təşkilatının baş katibi bu təşkilatın 40 il ərzində bütün gördüyü işləri , müzakirələri, bu təşkilatın Əfqanıstan, İraq, Bosniya və Herzequvin, Fələstin müsəlmanları ilə əlaqədar üzləşdiyi problemləri dəqiq şəkildə təhlil etməyə çalışmışdır.
Həmçinin o, kitabın bir hissəsini 1920-ci il hadisələrinə həsr etmiş, bu dövrlə bağlı islam dünyasının düşüncə və təfəkkürünü araşdırmışdır. 820949

captcha