IQNA

Əmirliklərdə mübarək Ramazan ayında “Vətəndaşların İmamı” adlı xüsusi layihə icra olunacaq

16:52 - July 12, 2011
Xəbər sayı: 2153454
Beynəlxalq şöbə: Əmirliklərin Şarece şəhərinin islam işləri və vəqf idarəsi mübarək Ramazan ayında “Vətəndaşların İmamı” adlı xüsusi layihə həyata keçirir.
İran Quran Xəbər Agentliyi (İQNA): Əmirliklərdə çap olunan “Əl-ittihad” qəzetinin məlumatına əsasən, Şarece şəhərinin islam işləri və vəqf idarəsinin rəhbəri Yusif Əl-Həmadi bu idarənin bu ilki bəzi layihə və proqramlarına diqqət yetirərək dedi: Şarece şəhərinin islam işləri və vəqf idarəsinin ən mühüm layihəsi “Vətəndaşların İmamı” hesab olunur.
O, çıxışının davamında dedi: Şarece şəhərinin islam işləri və vəqf idarəsi bu sahədə elmi olan gəncləri bu layihədə iştirak etməyə dəvət edir.
Yusif Əl-Həmadi sonda xatırlatdı: Gənclər bu layihədə iştirak etmək üçün bu şərtlərə riayət etməlidirlər: Yaş həddi 17-dən yuxarı olmalıdır, Qurani-Kərimin ən azı 5 cüzvünü əzbər bilməlidir, Qurani-Kərimin tilavət qaydaları ilə tanış olmalıdır, namaz və təharətin hökmlərindən agah olmalıdır və bu layihənin imtahanından keçməlidirlər.
823576
captcha