IQNA

Misirin məşhur mütəfəkkiri Əbdülrəhim Sayeh vəfat etdi

15:26 - July 13, 2011
Xəbər sayı: 2154154
Beynəlxalq şöbə: Misirin görkəmli yazıçı və tədqiqatçısı, Əl-əzhər universitetinin “Üsuliddin” fakültəsinin fəlsəfə və kəlam elmləri doktoru Əbdülrəhim Sayeh tir ayının 20-si dünyasını dəyişdi.
İran Quran Xəbər Agenti (İQNA): “Əlkövsər” xəbər bürosunun məlumatına əsasən, Əlsayeh təqribən bir ay əvvəl bir Misir heyəti ilə İrana yollandı, keçən gün isə Qahirədə xəstəlikdən vəfat etdi.
Misirin görkəmli yazıçı və tədqiqatçısı, Əl-əzhər universitetinin “Üsuliddin” fakültəsinin fəlsəfə və kəlam elmləri doktoru Əbdülrəhim Sayehin təqribən fiqh, hədis, üsul, dinlər arasında müqayisə, fəlsəfə, kəlam, sufizmə aid 120 əsəri və çoxsaylı məqalələri həm ölkə daxilində, həm da xaricində işıq üzü görmüşdür.
İslam mədəni əlaqələr şöbəsi tir ayının 22-si bəyannamə dərc etməklə bütün müsəlmanlara baş sağlığı verdi.
824746
captcha