İqna Quran Xəbər Agentliyi (İQNA): “Əl-Aləm” xəbər kanalının verdiyi məlumata görə, Amerika telekanallarından biri sentyabrın 9-da İmam Musa Sədrin və digər 17 məhbusun cəsədinin Liviya xəstəxanalarından birində tapildığını deyib. Buna cavab olaraq Liviya Milli Keçid Şurasının sözçüsü Mahmud Şəmmam bu xəbəri təkzib edib.
O, bildirib ki, İmam Musa Sədrin şəxsiyyətini nəzərə alaraq, əgər bu, baş versəydi, Milli Keçid Şurası bundan xəbərdar olardı.lakin belə bir xəbər bizə gəlib çatmayıb.
Bu xəbəri Liviyada ilk dəfə dilə gətirən ölkənin “Asimə” xəbər kanalının aparıcısı Muhəmməd Munim də bəyan edib ki, biz Sədrin cəsədinin tapıldığını deməmişik, sadəcə bir şahidin dediklərini xəbər vermişik. Bu şahid xəstəxanalardan birinin zirzəmisində uzun müddət bundan qabaq ölmüş bir neçə cəsəd aşkarlanıb. Şahidin sözlərindən sonra isə bu kanal İmam Musa Sədrin yerinin hələ də məlum olmadığını xatırladıb.
Qeyd edək ki, bir çox nəzər sahibləri Sədrin hələd sağ olduğu qənaətindədirlər. 857537