İqna Quran Xəbər Agentliyi (İQNA): Misirin “Yeddinci gün”qəzetinin verdiyi məlumata görə, Londonda 11 sentyabr hadisələrinin 10-cu ildönümü münasibətiylə Amerika səfirliyi qarşısında toplanan çox sayda müsəlman Amerikanın siyasətinə etiraz edərək Birləşmlş Ştatların bayrağını yandırıblar.
Təşkil edilən nümayişdə “Amerika böyük terroristdir!” və bu kimi şüarlar səsləndirən nümayişçilər Amerikaya olan nifrətlərini göstərərək bu ölkənin 11 sentyabr hadisələrini müsəlman ölkələrə hücum etmək üçün hazırlanan bir plan olduğunu deyiblər. 859130