İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm kanalından verilən məlumata görə, Misir İnqilabı Gənclər İttifaqının üzvü Əmr Əziz bu barədə belə deyib: Mübarək rejimi xalqa hörmət etməyən muzdur rejimdən başqa bir şey deyil. Misir xalqı inqilab etməklə bütün dünyaya élan etdi ki, milli iradənin qarşısında heç bir qüvvə tab gətirə bilməz.
O, sözünün davamında deyib: Misir gəncləri həmişə oyaqdır. Onların istəklərinin qarşısına heç kəs çıxa bilməz. İsrail ilə münasibətlərə gəldikdə isə Misirin sionist rejimlə münasibəti Hüsnü Mübarəkin dövründə olduğu kimi davam etməsi mümkün deyil.859307