İran Quran Xəbər Agentliyi (İQNA): “smc.sd” xəbər bürosunun məlumatına əsasən, Fələstinin baş naziri İsmayıl Həniyyə və onun nümayəndə heyəti bu qurultayda iştirak etmək üçün Xartuma daxil oldu.
İsmayıl Xartum hava limanında müxbirlərlə görüşündə bildirdi: “Qüds beynəlxalq qurultayında iştirak etmək üçün Xartuma gəlmişəm”.
Həniyyə dedi: İslam ümmətinin hüquqlarını müdafiə etmək lazımdır. Hətta Fələstin torpağının bir qarış torpağı da düşmənlərin əlində qalmamalıdır və biz Fələstinin Qüds işğalçılarının əlində qalmasına icazə verməməliyik. 924787