İran Quran Xəbər Agentliyi (İQNA): Avropa məntəqə şöbəsinin məlumatına əsasən, bu mövlud mərasimləri rəbiul-əvvəl ayının əvvəllərində Rusiya Federasiyasında başlanmış və bəhmən ayının 16-na, yəni rəbiul-əvvəl ayının 12-nə kimi davam edəcək.
Həmçinin bu ölkənin Tumen vilayətinin müsəlman qurumlarının proqramına əsasən, İslam Peyğəmbəri Həzrəti Muhəmməd Mustafa (s)-ın əzəmətli bayram mərasimi bəhmən ayının 15-i Yalutorovsk şəhər məscidində keçirilir.
Bu vilayətin ictimai təşkilatlarının rəhbəri Fərid Qurbanov bu məsələni elan edərək dedi: İslam Peyğəmbəri Həzrəti Muhəmməd Mustafa (s)-ın əzəmətli bayram mərasimi Tumen şəhərinin bir çox partiya nümayəndələri və şəhərin bir çox müsəlmanlarının iştirakı ilə keçiriləcək.
Bu mərasimdə Qurani-Kərim tilavət olunacaq və alimlər Həzrəti Rəsul barədə söhbətlərlə çıxış edəcək və sonda da camaat namazı qılınacaq. 944330