IQNA

Türkiyədə İslam Peyğəmbərinin (s) milad bayramı

22:04 - January 24, 2013
Xəbər sayı: 2485556
Beynəlxalq qrup: Türkiyənin bütün məscidləri müxtəlif proqramlarla Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin doğum günü bayramını (milad bayramı) keçirəcəklər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) " World Bulletin" xəbər saytına istinadən verdiyi xəbər görə Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin doğum günü bayramını (milad bayramı) Türkiyənin bütün məscidlərində müsəlmanlar bir yerə toplaşıb namaz qılaraq və müxtəlif şən proqramlar icra edərək keçirəcəklər.
Türkiyə ilə birlikdə başqa müsəlman ölkələrində də Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin doğum günü bayramını (milad bayramı) bu gündən etibarən yeddi gen müxtəlif bayram şənlikləri keçirilərək qeyd olunacaqdır.
Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin doğum günü əhli-sünnə qardaşlarımızın mənbələrinə əsaslanan tarixi rəvayətə görə Rəbiul-Əvvəl ayının 12-də və başqa bir tarixi rəvayətə əsasən isə Rəbiul-Əvvəl ayının 17-dədir. Buna görə də bütün müsəlmanlar bu həftəni vəhdət həftəsi olaraq bayram keçirirlər.

1176818
captcha