IQNA

Avropa Birliyi Tək Allahlı (Tövhidi) dinlərə əl açdı

23:16 - June 01, 2013
Xəbər sayı: 2541907
Beynəlxalq qrup: Avropa Birliyinin məsul məqamları Brükseldə toplantı təşkil edərək Tək Allahlı (Tövhidi) dinlərin rəhbərlərindən Avropanı insani dəyərlər qıtlığından və mənəvi böhrandan çıxarmaq üçün çıxış yolu göstərmələrini istədilər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "fait-religieux" xəbər agentliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Avropada mənəvi böhranın getdikcə genişləndiyini və artığını görən Avropa Birliyinin məsul məqamları Brükseldə toplantı təşkil edərək Tək Allahlı (Tövhidi) dinlərin – İslam, Məsihiyyət, Yəhudiyyət - rəhbərlərindən Avropanı insani dəyərlər qıtlığından və mənəvi böhrandan çıxartmaq üçün çıxış yolu göstərmələrini istədilər.
Xose Manuel Barrozo – Avropa Birliyinin Komissiya sədri, Avropalılar arasında bir-birlərinə olan etimadın azalması, vətəndaşların bir-birindən uzaqlaşmasına işarə edərək Brüksel toplantısında Tək Allahlı (Tövhidi) dinlərin – İslam, Məsihiyyət, Yəhudiyyət - rəhbərlərindən Avropanı insani dəyərlər qıtlığından və mənəvi böhrandan çıxartmaq üçün çıxış yolu göstərmələrini xahiş etdi.
O dedi: Biz indi Avropada iqtisadi böhranla vuruşduğumuz bir zamanda başqa bir böhranı da - ki, insani dəyərlər və ictiami əlaqələrin zəifləməsidir, yaddan çıxarmamlı və onun da aradan qaldırılması üçün çalışmalıyıq.
Herman Van Rompuy – Avropa Şurasının rəisi, toplanıtda dedi: Avropanın siyasi və məzhəbi məsulları birləşərək bu mənəvi böhranı aradan götürməli və insani dəyərləri ictimaiyyətə qaytarmalıdırlar.
Bu toplantıda Böyük İlahi Din rəhbərləri dini azlıqların rəsmi tanınmasını tələb edərək dini azlıqlarında böyük dinlərin davamçılarının sahib olduğu hüquqlara malik olmalarını istədilər.
Yəhya Sergiyo Palavisini – İtaliya İslam Cəmiyyətinin rəis müavini, Avropada İslamofobiya ilə mübarizə aparılmasını tələb edərək dedi: İctimaiyyətdə hər hansı bir dinə qarşı olunan hücumaların qarşısı alınmalıdır.
1236811
captcha