IQNA

Türkiyənin Baş Naziri: İslam avropanın əsas dini olacaqdır!

23:59 - January 25, 2015
Xəbər sayı: 2764395
Beynəlxalq qrup: Əhməd Davudoğlu Türkiyənin avropada məscidlərə təcavüz edən qüdrətlərə müxalif olduğunu elan edərək dedi: İslam avropanın əsas dini olub və olacaqdır!


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Əhməd Davudoğlu - Türkiyənin Baş Naziri, keçən həftə İsveçrədə Davosdakı iqtisadi görüşün sonunda Zurixdə yaşayan türklərlə görüşündə bu məsələyə işarə edərək deyib: Parisdəki terrorizim əleyhinə keçirilən aksiyada iştirak etmişdir ki, hər növ terrorizmi rədd etdiyini bir daha vurğulasın. 



Davudoğlu əlavə edib: Bizim avropanın anti-terror rəhbərləri ilə görüşdən məqsədimiz budur ki, bu görüşdə təkid edək ki, heç kəs İslam və terrorizmi bir-biri ilə əlaqələndirə bilməz.



Davudoğlu bu görüşdə avropalı irqçilərin Fransa olayının ardınca müsəlmanlara və məscidlərə hücumlarını kəskin şəkildə məhkum edib və deyib: Avropda yaşayan müsəlmanlar əleyhinə hər türlü ayrı-seçkiliyə qarşı kəskin tədbir görəcəyik.



O sonda deyib: Yenə də deyirəm ki, İslam avropanın əsas dini olub və olacaqdır! Müsəlmanlar və xristianlar avropda çiyin-çiyinə və sülh içində yaşayacaqlar və kimsə buna mane ola bilməyəcək!


Teqlər: avropa ، fransa ، davudoğlu ، İslam ، islamofobiya
captcha