IQNA

Bu gün, fevralın 24-ü, Xanım Zeynəbin (s.a) mövlud günüdür

13:27 - February 24, 2015
Xəbər sayı: 2890464
Tehran(İQNA)_ Bu gün İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür.

İslam.az-ın məlumatına görə, hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb "atanın ziynəti" deməkdir.
Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.
Xanım Zeynəb çox dözümlü, güclü, səbirli olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhs Xanım Zeynəb olmuşdur.
Bu gözəl gün münasibəti ilə bütün möminləri və xüsusən də xanımları təbrik edirik.

islam.az

captcha