IQNA

Almaniyada Avropa Quran yarışlarının üçüncü turu başlaı

9:30 - April 05, 2015
Xəbər sayı: 3089363
Xarici şöbə: Quran-Kəriminin Avropa üzrə yarışlarının 3-cü turu Aprel ayının 3-də Almaniyanın "Darul-Quran" təşkilatında öz işinə başladı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropa şöbəsinin verdiyi xəbərə görə Quran-Kəriminin Avropa üzrə yarışlarının 3-cü turu İran İslam Respublikasının beynəlxalq Quran qarilərindən birinin iştirakı ilə Aprel ayının 3-də yerli vaxtla saat 17:00-da Almaniyanın "Darul-Quran" təşkilatında açılış mərasimi keçirərək öz işinə başladı.



Bu yarışlar beynəlxalq Quran ustadları və hakimlər heyətinin iştirakı, Quran təlimi və Quranla üns məclisləri kimi əlavə faydalı proramların icrası ilə keçirilir.



Qiraət, təcvid, hifz, tərtil, təfsir, azan və naşid kimi ixtisaslar üzrə qadınlar və kişilər arasında düzənlənən bu yarışların final mərhələsi bu gün, Aprel ayının 5-də keçiriləcəkdir.



Quran-Kərim maarifi və mədəniyyətinin yayılması, Quran üzrə istedadların çiçəklənməsi, insanların Quranla daha çox ünsiyyətdə olması, Avropa cameəsində Quransevərlərinin ittihadı və Quran adamlarının tərcübələrinin təbadülü bu Quran yarışlarının keçirilmə hədəflərindən sayılır.



Qiraət yarışlarında birinci yeri tutana Həcc səfəri, ikinci yerə 1200 avro və 3-cü yerə 1000 avro dəyərində mükafat veriləcəkdir. Digər ixtisasların qalibləri üçün də gözəl hədiyyələr nəzərdə tutulmuşdur.



3083989  

Teqlər: quran ، avropa ، yarış ، qiraət
captcha