İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) Maide.az-a istinadən verdiyi xəbərə görə, Cümə günü idi. Bu cümə günü besətdən on il qabaq rəcəb ayının 13-cü gününə təsadüf edirdi. Dünya öz tarixinin ən həssas dönəminə çatmaq üçün on il səbr etməli idi. Tarixin bu həssas dönəmini lazımınca cilvələndirmək üçün öz şirin canından keçə biləcək ərənlərə, fədailərə ehtiyac var idi.
Məhz belə bir fədakar insan bu gündə sübh çağı doğan günəş kimi dünyaya göz açıb zülmətə bürünən aləmi nura qərq etdi. Həmin gün Əbu Talibin evində sevinc yaşandı.