IQNA

Qətif məscidində terror hadisəsi törədənin kimliyi açıqlanıb

9:21 - May 24, 2015
Xəbər sayı: 3306950
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanı İmam Əli (ə) məscidində teror aktı törədərək ən azı 20 nəfərin ölümü və 100 nəfərin yaralanmasına səbəb olan terrorçu qatilin şəxsiyyətini müəyyənləşdirib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk kanalına istinadən verdiyi xəbərə görə Səudiyyənin daxili işlər nazirliyi və təhlküəsizlik idarəsindən bildiriblər ki, terror hadisəsini törədən Saleh bin Abdurrahman Saleh əl-Qaşami adlı Ərəbistan vətəndaşı olub.



Ərəbistanın MTN sözçüsü deyib: "İstintaq tədbirləri nəticəsində İmam Əli ibn Abi Talib (ə) məscidində terror aktını törədənin şəxsiyyətini müəyyənləşdirmək olub. Bu Səudiyyə Ərəbistanı vətəndaşı Əl-Qətif əyalətindən olan Saleh bin Abdurrahman Saleh əl-Qaşami adlı İŞİD terrorist qruplaşmasına bağlı bir tələbədir.



Səudiyyə Ərəbistanı hüquq mühafizə orqanlarının məlumatına görə intiharçı İŞİD terror qruplaşmasına aidiyyəti olduğundan axtarışda idi. O bundan öncə də paytaxt Riyazda bir polisi qətlə yetirmişdi.



Bundan əvvəl xəbər verilmişdi ki, İŞİD terror qruplaşması silahlıları Səudiyyə Ərəbistanında şiə məscidinə hücumun məsuliyyətini öz boynuna götürmüşdü – (3306412).





Həmçinin Livanın sünni və şiə alimləri bu terroru və Ərəbistan dövlətinin terrorizmə şərait yaratmasını kəskin şəkildə məhkum ediblər – (3306577).



Qeyd edək ki, keçən Cümə günü "Əl-Qüdeyh" şəhərinin İmam Əli (ə) məscidində Cümə namazı qılınarkən terror hücumu nəticəsində ən azı 20 nəfər şəhid olmuş və 100 nəfər isə yaralanmışdır - (3306910).

Teqlər: ərəbistan ، terror ، qətif ، İŞİd
captcha