İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla xəbər verir ki, belə mərasimlərdən biri də Bakıda Hacı Cavad məscidində keçiriləcək. Mərasim iyunun 2-də şam namazından sonra başlayacaq.
Mərasimdə tanınmış ilahiyyatçılar, quran qariləri, ziyalılar iştirak edəcəklər. Qeyd edək ki, şabanın 15-i bütün ədalətsevən insanların bayramıdır. Şabanın 15-i zülmə təslim olmayanların, başlarını yalnız Allah qarşısında aşağı salanların, əsl insan kimi yaşayanların bayramıdır. Bu meyarlara uyğun gələn bütün insanları imam Mehdinin (ə.f) mövlud günü münasibəti ilə təbrik edirik, onlara mübarək zühura şahidlik etmələrini diləyirik.