IQNA

Təkfirçiliyi yayan 46 mindən çox internet saytı var

10:05 - May 30, 2015
Xəbər sayı: 3308996
Beynəlxalq şöbə: Əl-Cəzairin Vəqflər və Dini İşlər nazirliyinin elan etdiyi xəbərə görə 46 mindən çox internet saytı təkfirçiliyi yaymaq və İŞİD-i təbliğ etmək, terroristlər toplamaqla məşğuldur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolupress" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Məhəmməd İsa "Dini Mediaların Beynəlxalq Toplantısı"nın ilk iclasındakı çıxışında bu xəbəri elan edərək dedi: Son araşdırmalara görə, 46 mindən çox internet saytı təkfirçiliyi, təkfirçilərin cihadını yaymaq və İŞİD-i təbliğ etmək, terroristlər toplamaqla məşğuldur. Bu saytların hamısı İŞİD-in maraqları üçün fəaliyyət göstərirlər.
O vurğuladı: Bu internet saytları dünyanın müxtəlif yerlərindən, xüsusilə də Avropadan cavanları aldadaraq təkfirçi və cihadçı qruplara cəzb edirlər.
Məhəmməd İsa dedi: Terrorizm və təkfirçiliyin azad şəkildə peyk kanallarında və internet saytlarında təbliği ifartçılığı və radikalizmi daha da təhlükəli hala gətirib çıxardır.
O, Əl-Cəzairin təhlükəsizliyini qorumaq üçün daha da hüşyar və diqqətli olmağın zəruriliyinə təkid edərək dedi: Bəzi təhlükəsizlik mütəxəssisləri deyirlər ki, Əl-Cəzair dövlətinin davamlı şəkildə terroristləri təqib və məhv etməsinə baxmayaraq, yenə də ölkənin Şimaı-qərb regionlarının bəzi məntəqələrində "əl-qaidə" ilə bağlı qüvvələr mövcuddur. Son aylarda Əl-Cəzair dövləti minlərlə əsgəri Liviya, Mali, Nigeriya və Tunis sərhədlərində yerləşdirib ki, təkfirçilərin ölkəyə nüfuz etməsinin qarşısını alsın.
3308499

Teqlər: təkfir ، sayt ، terror ، cəzair
captcha