IQNA

İndiyədək 550 qərbli qadın İŞİD-ə qoşulub

Qərbli qadınlar müxtəlif səbəblərdən İŞİD-ə qoşulurlar

14:49 - May 30, 2015
Xəbər sayı: 3309246
Xarici şöbə: İQNA-nın"Washington Post"-a istinadən verdiyi xəbərə görə, İngiltərədə aparılan araşdırma, 550-yə yaxın qərbli qadının İŞİD-ə qatılmaq üçün İraq və Suriyaya getdiyini ortaya qoyub.


İQNA-nın "Washington Post"-a istinadən verdiyi xəbərə görə, İngiltərədə aparılan  araşdırma, 550-yə yaxın qərbli qadının İŞİD-ə qatılmaq üçün İraq və Suriyaya getdiyini ortaya qoyub. Təşkilatın mühüm təbliğat vasitəsi kimi istifadə etdiyi bu qadınların bölgəyə qaçmasının yeganə səbəbi "cihatçı gəlin" olmaq deyil.



Londonda yerləşən "Kings College" Strateji Dialoq İnstitutu və Beynəlxalq Radikallaşma Araşdırmaları Mərkəzi tərəfindən aparılan araşdırmada qadınların İŞİD-ə yalnız evlənmək üçün yox, bir çox fərqli səbəbdən qatıldığı qeyd olunub. Eynilə terror təşkilatına qatılan qərbli kişilər kimi qadınlar da özlərini sosial və mədəni olaraq təcrid olunmuş hiss edir.



Onlar "müsəlman"ların zülmə məruz qaldığına inanır. Bundan başqa, qız dostluğu duyğusu və macəra ehtirası da onlar üçün cəlbedici gəlir. "Washinqton Post"un "Qərbli qadınlar İŞİD-ə müxtəlif səbəblərə görə qatılır" başlığı ilə yayımladığı araşdırmaya görə, İŞİD-ə qatılan bir qadının subay qalma müddəti ən çoxu 2 aydır. Hər nə qədər iştirakın yeganə səbəbinin evlilik olmadığı deyilsə də, ən başlıca səbəb elə budur.



Təşkilatın sosial media hesablarında qadınlar üçün edilən paylaşımlarda davamlı olaraq erkək və dişi aslan fotoşəkillərindən istifadə olunması da güclü və cəsur bir ər olmasını və evliliyi təmsil edir. Lakin, İŞİD idarəçiliyi altında həyat tərzi internetdə əks etdiriləndən çox fərqlidir. 



Səhiyyə xidmətlərini tapa bilməyən və təmiz su sarıdan korluq çəkən qadınlar internet girişi təmin etmək üçün şam ağaclarının təpəsinə dırmaşırlar.

Teqlər: terror ، abş ، qərb ، türkiyə ، İŞİd
captcha