IQNA

İordaniya və OİC sionistlərin Əqsa məscidinə hücumunu pislədi

11:37 - July 27, 2015
Xəbər sayı: 3335724
Beynəlxalq qrup: İslami Əməkdaşlıq Təşkilatı (İƏT) - Organisation of Islamic Cooperation (OIC), İSESCO və İordaniya dövləti qəsəbə sakinləri olan irqçi, ifratçı və radikal sionistlərin Əqsa Məscidinə hücumunu kəskin şəkildə məhkum edərək pislədi.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİNA – ya (Beynəlxalq İslam Xəbər Agentliyi) istinadən verdiyi xəbərə görə Əyad Əmin Mədəni – İƏT – in (İslami Əməkdaşlıq Təşkilatı) baş katibi, bəyaniyyə yayaraq İsraildə işğal olunmuş ərazilərdə yeni salınmış qəsəbə sakinləri olan irqçi, ifratçı və radikal sionistlərin rejimin hərbiçilərinin himayəsi altında Əqsa Məscidinə hücumunu, bu müqəddəs məkanı təhqir etmələrini, qapıları bağlayaraq namazqılanlara vəhşicəsinə hücum çəkmələrini kəskin şəkildə məhkum edərək pislədi.



Bəyaniyyədə öncədən proqramlaşdırılmış bu hücum İslam ümmətinin müqəddəs hislərinə toxunmaq sayılmış, aşkar şəkildə beynəlxalq qanunların və müqavilələrin pozulması adlandırılmış, sionist rejimin bu olayada birbaşa günahkar olması vurğulanmışdır.



Bu bəyaniyyədə qeyd olunmuşdur ki, bu cür addımlar dini və məzhəbi qarşıdurmaların güclənməsinə və radikallığın çoxalmasına və həmçinin regionda təhlükəsizliyin pozulmasına gətirib çıxarmışdır.



Əyad Əmin Mədəni – İƏT – in (İslami Əməkdaşlıq Təşkilatı) baş katibi, tələb etmişdir ki, beynəlxalq təşkilatlar və mədəni cameələr, xüsusilə də BMT – nin təhlükəsizlik şurası sionistlərin törətdiyi bu xətərli hadisə ilə bağlı öz vəzifələrinə ciddi şəkildə əməl etsinlər.



İSESCO təşkilatı da bu hadisəni dövlət səviyyəsində həyata keçirilən terror adlandırmış və işğalçı sionist dövlətini bu barədə günahkar saymışdır. 



Həmçinin Məhəmməd Mömini - İordaniya dövlətinin rəsmi sözçüsü dünən, bazar günü, sionist İsrail dövlətini, sionist hərbiçiləri və bu yürüşdə iştirak edən irqçiləri qınamış və bu hücumu məhkum etmiş və bu cür hadisələrin regionda böhranın çoxalmasına zəmin yaratdığını vurğulamışdır.    


Teqlər: İordaniya ، iət ، isesco ، sionist
captcha