IQNA

Məkkədə azərbaycanlı zəvvar dünyasını dəyişib

16:54 - September 25, 2015
Xəbər sayı: 3369311
Tehran(İQNA) - Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri bu gün qəfil dünyasını dəyişib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslam.az-a istinadla xəbər verir ki, 55 yaşlı Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. Zəvvarın nə zaman dəfn ediləcəyi bəlli deyil. Hələlik sənədləşdirmə işləri aparılır.

Digər iki azərbaycanlı zəvvarın isə səhhəti günvurma səbəbindən pisləşib. Hər iki zəvvar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, Azərbaycan zəvvarları dünən Minada böyük şeytanı daşladıqdan sonra qurban kəsiblər. Onların vətənə sentyabrın 29-dan etibarən dönəcəkləri gözlənilir.

captcha