IQNA

Əbu Bəkr Bağdadinin olduğu avtomobil karvanı havadan vuruldu

11:54 - October 12, 2015
Xəbər sayı: 3384478
Tehran(İQNA) - Əbu Bəkr Bağdadinin sağlamlıq vəziyyətinin qeyri-müəyyən olduğu qeyd olunub.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri.az–a istinadən xəbər verir ki, İraq Təhlükəsizlik Qüvvələri İŞİD terror təşkilatının lideri Əbu Bəkr Bağdadinin olduğu avtomobil karvanının vurulduğunu açıqlayıb.

İraq Təhlükəsizlik Qüvvələrindən verilən rəsmi açıqlamada qeyd olunur ki, Əbu Bəkr Bağdadi Suriya sərhədinin 5 kilometrliyində, Fərat çayı yaxınlığında yerləşən Karabla ərazisində İŞİD liderlərinin iştirak edəcəyi toplantıya qatılmaq üçün avtomobil karvanı ilə hərəkət edirmiş. Bu zaman İraq Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr karvanı bombalayıb.

Açıqlamada bu hücumdan sonra Əbu Bəkr Bağdadinin sağlamlıq vəziyyətinin qeyri-müəyyən olduğu qeyd olunub. Xatırladaq ki, bundan əvvəl də İŞİD liderinin olduğu ərazinin bombalandığı və öldüyü xəbərləri yayılmışdı, lakin bu xəbərlər təsdiqini tapmamışdı.

Teqlər: İŞİd ، terror ، təşkilatı ، lidəri ، yaralı
captcha