IQNA

Avropaya dəniz yolu ilə 1 milyondan çox qaçqın gedib

10:13 - January 02, 2016
Xəbər sayı: 3480007
Tehran, 2 Yanvar 2016- 2015-ci ilin əvvəlindən başlayaraq Avropaya dəniz yolu ilə 1 milyondan çox qaçqın və miqrant gedib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə agentliyi məlumat yayıb.

IQNA, Maide.az-a istinadla xəbər verir ki, məlumata görə, 1 milyon 573 insanın Aralıq dənizini keçib ki, onlardan 3735 nəfəri ölüb və ya itgin düşüb.

844 min 176 insan Yunanıstana Türkiyə yolu ilə keçib.152 min 700 nəfər is Liviyadan Italiyaya keçiblər.

Dəniz yolu ilə Avropaya gələnlərin sayı 2014-cü ildən etibarən kəskin şəkildə artmağa başlayıb. Həmin dövrdə Avropada onların sayı 216 mindən çox deyildi.

BMT-nin Qaçqınlar üzrə agentliyi çox sayda qaçqın və miqrantın Avropaya çatmaq üçün ümidsiz halda öz şansını qayıq və katerlərin göyərtəsində sınadığını bildirir: "Bu təhlükəli keçidə cəhd edənlərin böyük əksəriyyətinin vətənindəki müharibədən, zorakılıq və təqiblərdən yayınmağa, beynəlxalq mühafizəyə ehtiyacı var. Suriyadan gələrək Aralıq dənizini keçənlərin bir hissəsi də Əfqanıstandan gələnlərdir”.

Suriya və Əfqanıstandan sonra digər miqrantlar əsasən,Pakistan,Nigeriya, Somali, Sudan, Qambiya və Mali ölkələrindəndirlər.

Suriyada baş verən gərginliklər nəticəsində 4 milyondan çox insanın evlərindən didərgin düşdüyü bildirilir.

captcha